Saytın menyusu
Statistika

Onlaynda cəmi: 9
Qonaqlar: 9
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 24
Amerika Birləşmiş Ştatları Türkiyə-Ermənistan protokolunun imzalanmasını bölgə üçün müsbət addım hesab edir. Lakin bunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı olduğunu düşünmür.Bu fikri ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefri jurnalistlərə açıqlamasında səsləndirib. “Türkiyə-Ermənistan münasibətləri ilə Dağlıq Qarabağ məsələsinin ayrı-ayrı mövzular olduğunu düşünürük. Lakin Türkiyədə bunların eyniləşdirənlər var və bu, normaldır. Hər halda son qərarı Türkiyə Böyük Millət Məclisi verəcək”, - deyə səfir bildirib. Yaşananları demokratik bir proses adlandıran Cefri demokratiyaya inandıqlarını və bütün problemlərin həllinə tərəfdar olduqlarını bəyan edib. O, habelə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupu çərçivəsində də səylər göstərdiyini qeyd edib. sia.az
Baxışlar: 928 | Əlavə etdi: GVB | Tarix: 24.10.2009 | Şərhlər (0)

İşğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalıdır. Mən əminəm ki, Ermənistan hökuməti də belə düşünür. Hökumətin bundan başqa düşünəcəyi variant da yoxdur”. Bunu Türkiyənin “Axşam” qəzetinə müsahibəsində Almaniya ermənilərinin patriarxı Qareqin Beqciyan bildirib. Onun sözlərinə əsasən, Qarabağ probleminin həllində tərəf olan ölkələr danışıqlar masası arxasında razılığa gələcəklər. Q.Beqciyan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların erməni diasporu tərəfindən birmənalı qəbul edilmədiyini də qeyd edib. “Ermənistan prezidenti Serj Sarkisyanın sözügedən məsələ ilə bağlı ABŞ və Avropada diaspora nümayəndələri ilə keçirdiyi görüşlərdə diaspora tərəfindən ortaya çox sərt mövqe qoyuldu. Sarkisyanın Parisdə erməni diasporu ilə keçirdiyi görüşdə şəxsən özüm iştirak edirdim. Sarkisyan “Biz böyük risq edirik, Türkiyə də böyük risqə getdi, ümüd edirik ki, sonu yaxşı olar” bi ... Ardını oxumaq »
Baxışlar: 1032 | Əlavə etdi: GVB | Tarix: 24.10.2009 | Şərhlər (0)

Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024