Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 28
Доступно только для пользователейƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.
Aşağıda bu faktların bir qismi göstərili ... Ardını oxumaq »
Baxışlar: 862 | Əlavə etdi: Natiq | Tarix: 28.10.2009 | Şərhlər (0)

Sabah Zəngilan rayonunun işğalı günüdür Zəngilan rayonunun işğalından 16 il keçir. Rayon 1993-cü il 29 oktyabr tarixində erməni işğalçıları tərəfindən işğal olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları yayılıb. Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, ... Ardını oxumaq »
Baxışlar: 718 | Əlavə etdi: GVB | Tarix: 28.10.2009 | Şərhlər (0)

Artıq 2078 gün keçmişdir !
Baxışlar: 674 | Əlavə etdi: GVB | Tarix: 28.10.2009 | Şərhlər (0)

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-də bir necə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, erməni ordusu saat 20.00-dan 20.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.40-dan 21.00-dək və 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi, saat 23.40-dan 23.50-dək Tərtər rayonunun Çiləbürt kəndi, oktyabrın 28-də saat 02.25-dən 02.52-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. sia.az
Baxışlar: 740 | Əlavə etdi: GVB | Tarix: 28.10.2009 | Şərhlər (0)

Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024