Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək.
Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi.
Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub.
Azərbaycan Xalq Cumhuriyyəti-nin Bakı-da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.
"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:
Eşidildi - Nazirlər Şurası sədrinin milli bay
...
Ardını oxumaq »
|
“Minsk qrupu həmsədrləri institutu 1992-ci ildə yaradılıb. 18 ildir ki, onlar gəlib-gedirlər, amma hələ də bir nəticə də yoxdur. Lakin Sürixdə protokollar imzalanda Hillari Klinton və Sergey Lavrov və digərləri oraya yığışdılar. Mən soruşuram, hörmətli həmsədr ölkələrin nazirləri, sizə tapşırılan Dağlıq Qarabağ problemlərini həll etməkdir, yoxsa Sürixdə müqavilə imzalanmasında iştirak etmək". SİA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin sədri Ziyafət Əsgərov verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, bir dəfə də olsun onlar Qarabağ məsələsi ilə bağlı Moskvaya, İrəvana və ya Bakıya yığışmayıblar, indi türk-erməni protokolunun imzalanmasına hamısı gəlib. “Böyük dövlətlərin davranışında ilk növbədə tərbiyə olmalıdır ki, hamı onlardan nümunə götürsün. Lakin bu gün böyük dövlətlərin davranışında ikili, üçlü standartlar mövcuddur. Bu da onların marağında olan məsələdir”,- deyə millət v
...
Ardını oxumaq »
|
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan bir çox məqamlara da aydınlıq gətirib
Biz əsla azərbaycanlı qardaşlarımızın əleyhinə addım atmarıq. Mən bir daha bəyan edirəm ki, Azərbaycan Milli Məclisindəki çıxışımın arxasındayam. Bunu partiyasının qrup toplantısında Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan deyib. Baş nazir bir çox məqamlara da aydınlıq gətirib.
"Ancaq Türkiyə ilə Azərbaycan arasına nifaq salmaq istəyən hadisələrin şahidi oluruq. Mənim ölkəmin vətəndaşları da, azərbaycanlı qardaşlarımız da bu cür nifaq salmaq istəyən qüvvələrə rəvac verməsin. Əsası olmayan bu cür dedi-qodulara və iftiralara qulaq asmayın. Hər kəs bundan əmin olsun ki, biz Azərbaycan bayrağını Türk bayrağı kimi, Azərbaycan torpaqlarını Türk torpaqları kimi əziz və müqəddəs bildik, yenə də elə bilirik".
anspress.com
|
|