Amerika Birləşmiş Ştatları Türkiyə-Ermənistan protokolunun imzalanmasını bölgə üçün müsbət addım hesab edir. Lakin bunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı olduğunu düşünmür.Bu fikri ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefri jurnalistlərə açıqlamasında səsləndirib.
“Türkiyə-Ermənistan münasibətləri ilə Dağlıq Qarabağ məsələsinin ayrı-ayrı mövzular olduğunu düşünürük. Lakin Türkiyədə bunların eyniləşdirənlər var və bu, normaldır. Hər halda son qərarı Türkiyə Böyük Millət Məclisi verəcək”, - deyə səfir bildirib.
Yaşananları demokratik bir proses adlandıran Cefri demokratiyaya inandıqlarını və bütün problemlərin həllinə tərəfdar olduqlarını bəyan edib. O, habelə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupu çərçivəsində də səylər göstərdiyini qeyd edib.
sia.az
|