Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Esir ve itkin düşmüş, girov götürülmüş vetendaşlarla elaqedar Dövlet Komissiyasında olan materiallar sübut edir ki, Ermenistan terefi esir ve girov götürülmüş Azerbaycan vetendaşlarına qarşı meqsedli soyqırımı siyaseti yeridir. Yüzlerle Azerbaycan vetendaşı, o cümleden uşaq, qadın ve qocalar ermeni esir ve girovluğunda dözülmez işgencelerin qurbanı olmuşdur. Çoxsaylı faktlar gösterir ki, esir ve girovlara müxtelif dehşetli işgenceler verilmiş-onlar vehşicesine döyülmüş, qesden şikest veziyyetine salınmış, sinelerine qızdırılmış xaç nişanları ile damğa basılmış, dırnaqları ve dişleri çıxarılmış, yaralarına duz basılmış, ölene qeder rezin ve demir deyeneklerle döyülmüş, damarlarına benzin yeridilmişdir.
Aşağıda bu faktların bir qismi gösterilir:

Girov götürülerken 3 yaşı olan Şövqi Xaqani oğlu Eliyevin (24.07.1993) bazu sümüyü Xankendinde ermeni «hekimleri» terefinden çıxarılmış, neticede Şövqi ömürlük şikest olmuşdur.
Kelbecer rayonunun işğalı zamanı girov götürülen (31.03.93) Gülcamal Quliyevanın yenice dünyaya gelmiş oğlu Arzu Hacıyeve ermeni «hekimi» Aida Serobyan namelum terkibli iyneler vurmuşdur. Neticede Arzu Hacıyev ömürlük şikest olmuşdur.
Anası Afet Mirzeyevanı ve babası Aslan Mirzeyevi ermeniler vehşicesine gülleleyerken Babek İlyasov cemi yeddi aylıq imiş. Qelpeler Babekin sağ gözünü yaralamış, lakin buna baxmayaraq ermeniler onu da Kelbecer rayonundan girov götürülmüş diger hemkendlileri ile birlikde yalnız dörd aydan sonra ve hem de müalice etmeden qaytarmışlar. Hazırda Babekin bir gözü kordur.
Ermeniler 15 yaşlı girov Nezaket Memmedovanın gözleri qarşısında atasına dehşetli işgenceler vermiş, onun qulaqlarını kesmiş, anası hede ve şantajlara dözmeyerek deli olmuş, qızın özünü ise 4 mln rus publuna ailesine satmışlar.
Zemine Göyüş qızı Dadaşova ermeniler terefinden girov götürülerken qolundan aldığı gülle yarası baxımsızlıq üzünden çirk elemiş ve onun bedeninde çürüme prosesi getmişdir. Hazırda Zeminenin sol qolu işlemir. Girov götürülen zaman ise ermeniler onun atası Göyüş Dadaşovu ve yaşlı nenesi Qönçe İbadovanı yerindece güllelemişler.
Ermeni nezaretçileri Ağdam rayonundan girov götürülmüş Keklik Hesenovaya dehşetli işgenceler vermiş, mismar kelbetini ile onun 16 dişini çıxarmışlar.
Ağdam rayonunun işğalı zamanı ermeniler terefinden girov götürülen yaşlı qadın Şerqiyye Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kelbetini ile çekilmişdir. O, altı ay davamlı işgencelere meruz qalmışdır.
Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Resul qızı Memmedova ve 69 yaşlı Sara Miriş qızı İsmayılova girov götürülüb Xankendi herbi hissesinde saxlanmışdır. Burada onları gündüz ağır fiziki emek teleb eden işlerde işledir, geceler ise xüsusi amansızlıqla döyürmüşler. Onlarla birlikde saxlanan Şahsenem ve Esli adında qadınlar bu cür ağır işgencelere dözmeyerek girovluqda ölmüşler.
Ağdam rayonunun keçmiş sakini, milliyyetce rus olan, ermeni esirliyinde hedsiz işgencelere meruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ilde Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın ve ahıl yaşlı bacısı Svetlana İvanovnanın, elece de 58 yaşlı xeste qardaşı Anatoli İvanoviçin ermeniler terefinden vehşicesine öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın ve uşaq meyidi gördüyünü bildirir. Bundan elave Vladimir Şevelyov şahidlik edir ki, ermeniler Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xestexanada saxlanan 7 ruhi xesteni, o cümleden iki xeste qadını girov götürmüşler. Onların biri azad edilmiş, biri döyüle-döyüle öldürülmüş, digerlerinin sonrakı taleyinden ise bu günedek melumat yoxdur.
1930-cu il tevellüdlü Ağdam rayon sakini Eli Resul oğlu Abbasov ermeni girovluğunda mütemadi olaraq döyülmüş, onun bedenine siqaret basılaraq yandırılmışdır. Aldığı menevi ve fiziki işgencelerden özüne gele bilmeyen Eli Abbasov ermeni esirliyinden azad edilenden bir müddet sonra vefat etmişdir.
Ermeni herbçileri Füzuli rayonundan girov götürdükleri Mürvet Fetiş oğlu Ağayevi döyerek qulağını kesmiş, ellerini meftille arxadan bağlayaraq ağacdan asmış ve ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.
Herbi esirler - Novruz Mehemmed oğlu Daşdemirov, Namiq Cavanşir oğlu Qarayev mütemadi döyülme, bedenlerine qızdırılmış cismlerle dağ basılma ve başlarına mismar çalınması neticesinde ruhi xeste heddine çatdırılmışlar.
Herbi esir Mürşüdov Sedreddin Aslan oğlu döyüldükden sonra şüşe qırıqlarını udmağa mecbur edilmişdir.
Yaralı veziyyetde esir götürülmüş Ebdülezim Mecnun oğlu Memmedov rezin deyenekle döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona ezab verilmiş, üstüne telim keçmiş it buraxılmışdır.
Mayıl Mehemmedeli oğlu Memmedovun damarına dizel yanacağı yeridilmiş, sinesi qızdırılmış xaçla damğalanmışdır.
Vehşicesine döyülme neticesinde herbi esir Cavid Ağa oğlu Hüseynovun çenesi ve qabırğaları sınmışdır. Ermeniler demir parçası ile Cavidin qoluna damğa basmış ve yarasının üzerine kislota tökmüşler.
human.gov.az
Axtarış
Təqvim
«  May 2019  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019