Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan bir çox məqamlara da aydınlıq gətirib
Biz əsla azərbaycanlı qardaşlarımızın əleyhinə addım atmarıq. Mən bir daha bəyan edirəm ki, Azərbaycan Milli Məclisindəki çıxışımın arxasındayam. Bunu partiyasının qrup toplantısında Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan deyib. Baş nazir bir çox məqamlara da aydınlıq gətirib.
"Ancaq Türkiyə ilə Azərbaycan arasına nifaq salmaq istəyən hadisələrin şahidi oluruq. Mənim ölkəmin vətəndaşları da, azərbaycanlı qardaşlarımız da bu cür nifaq salmaq istəyən qüvvələrə rəvac verməsin. Əsası olmayan bu cür dedi-qodulara və iftiralara qulaq asmayın. Hər kəs bundan əmin olsun ki, biz Azərbaycan bayrağını Türk bayrağı kimi, Azərbaycan torpaqlarını Türk torpaqları kimi əziz və müqəddəs bildik, yenə də elə bilirik".
anspress.com
|