Saytın menyusu
Statistika

Onlaynda cəmi: 12
Qonaqlar: 12
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 29 » Zengilanın işğalından 16 il ötür
08:52
Zengilanın işğalından 16 il ötür
Bu, Azerbaycanın işğal edilen sonuncu rayon olub
Bu gün Azerbaycanın Zengilan rayonunun işğalının 16-cı ili tamam olur. Lent.az-ın melumatına göre, rayon 29 oktyabr 1993-cü ilde tecavüzkar Ermenistan Respublikası terefinden işğal olunub.
Zengilanın işğal olunmasından bir müddet evvel bütün texnika erazini terk edib. Bundan sonra rayonunun müdafiesi özünümüdafie destelerinin ümidine qalıb. Lakin özünümüdafie desteleri de ermeni silahlı birleşmelerinin hücumlarının qarşısını ala bilmeyib.
Zengilana ermeni qüvvelerinin daxil olacağı rayon camaatı bilib. Buna göre de rayon sakinleri derelerde geceleyib. Ermeni tankları 4 terefden rayona hücuma keçerek 2-ci Xocalı faciesini töretmek istese de, bu baş tutmayıb. Ehali celd terpenerek özünü Araz çayına atıb ve İran erazisine keçib. Bununla da, zengilanlılar gözlenilen soyqırımından yaxa qurtara bilibler.
Zengilan Azerbaycanın işğal edilen sonuncu rayon olub.
BMT ve bütün dünya ölkeleri Zengilanı Azerbaycanın terkib hissesi kimi tanıyır.
Elverişli coğrafi mövqeye malik Zengilan Bakı-Culfa-Naxçıvan demiryolunun üzerinde yerleşir ve mühüm strateji ehemiyyete malikdir. Erazisi 700 kvadrat km-den, ehalisi ise 35 minden çox olub. Rayonun iqtisadiyyatının esasını kend teserrüfatı üzümçülük, tütünçülük ve heyvandarlıq teşkil edib.
İşğaldan sonra Bakı-Mincivan-Qafan demiryolu xettinin keçdiyi Mincivan stansiyası tamamile dağılıb. İşğal olunmazdan evvel bir şeher, bir qesebe ve 83 kendden ibaret olan Zengilanda 9 mektebeqeder müessise, 19 ibtidai mekteb, 15 orta mekteb, bir texniki peşe ve musiqi mektebi, 35 kitabxana, 8 medeniyyet evi, 23 klub müessisesi ve 22 kinoqurğu var idi.
Zengilan Qarabağ müharibesinde 188 şehid verib.
Rayonun inzibati merkezi Zengilan şeheridir. Rayon şimaldan Qubadlı ve Cebrayıl rayonları, cenubdan ve şerqden İran, qerbden Ermenistanla hemserheddir. Zengilanın füsunkar tebieti var. Rayon erazisinden böyük ehemiyyete malik Oxçuçay keçir. Oxçuçay uzun iller ekoloji tecavüzkarlığa meruz qalıb. Sovet dövründe (1920-1991) Ermenistanın tullantılı suları Oxçuçaya axıdılırdı.
Zengilanın erazisinde "Besitçay" qoruğu yerleşir.
İşğala qeder rayon erazisinde 141 medeniyyet ocağı fealiyyet gösterirdi.
LENT.AZ
Baxışlar: 2435 | Əlavə etdi: GVB | Reytinq: 1.5/2
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024