Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 19 » Vətənini sevən Ramil..........
21:39
Vətənini sevən Ramil..........
İstədim ki, Vətəninin yolunda canından keçməyə hazır olan Ramil Səfərov haqqında qısa da olsa məlumat verim
Tərcümeyi-halı Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstan respublikasının Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 dün qalmış isə - ferval ayının 19-da həmin tədbirdə iştirak edən erməni zabiti Qurqen Markaryanı qətlə yetirib. Elə Həmin tarixdə Budapeştin hüquq-mühavizə orqanları tərəfindən həbs olunub Erməni vəhşilikləri 1988-ci ildən 1993-cü ilə qədər ermənilərin törətdikləri vəhşilikləri, tökdükləri qanı Ramil öz gözləri ilə görüb. Çünki həmin illər onun yeniyetməlik çağlarına təsadüf edir. O vaxtları atası Sahib bəy Cəbrayıl rayonunun mərkəzindəki xəstəxanada baş həkimin təsərrüfat işləri üzrə müavini, anası Nübar xanım cərrahiyyə şöbəsində işləyib. Ərazi ermənilər tərəfindən daim atəşə tutulduğundan Ramil gününün çox hissəsini valideynlərinin yanında keçirməli olub. Qolu-başı kəsikləri, gözləri çıxarılanları öz gözləriylə görüb. Elə vaxt olurmuş ki, hətta gün ərzində xəstəxanaya on beş-iyirmi meyit, iyirmi-otuz yaralı gətirilirmiş. Bunlar hamısı Ramilin beyninə, canına, qanına hopub və təbii ki, 15-16 yaşlı yeniyetmənin psixoloqiyasına təsir göstərib. Hətta bu gün belə aradan 15 il vaxt ötsə də, Ramilin elə qohumları var ki, onların nə ölüsündən, nə də dirisindən xəbər yoxdur.
Baxışlar: 750 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024