Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 29 » Savaşa kim hazırdır: Qafqazda en güclü orduya malik Azerbaycan, yoxsa ordusu dağılmaqda olan Ermenistan? - TEHLİL
18:14
Savaşa kim hazırdır: Qafqazda en güclü orduya malik Azerbaycan, yoxsa ordusu dağılmaqda olan Ermenistan? - TEHLİL
Azerbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermenistan sülh prosesini hedden çox uzatdığından artıq İrevanda Bakının sebrinin daşacağını ve torpaqları herbi yolla azad edeceyi haqda endişeler yaranıb. Son vaxtlar Ermenistan resmilerinin beyanat ve açıqlamalarda ehtiyac yaranarsa Azerbaycana hücum ede bileceklerini beyan etmesi de mehz bunun göstericisidir
.
Ekspertler bele beyanatların üçüncü dövletlerin- xüsusile de Rusiyanın teşviqi ile seslendirildiyini, Ermenistan ictimaiyyetinde ordudakı problemlerin artması ve danışıqlarda Azerbaycanın üstünlükler elde etmesi ile bağlı narahatlıqlarına hesablandığını bildirirler.
Son vaxtlar dünyada ve regionda baş veren hadiseler bir sıra ölkeler kimi Ermenistanın da durumunu ağırlaşdırıb. İşğalçı ölke hem iqtisadi, hem siyasi, hem de sosial böhran keçirir. En pis durum ise, Ermenistan ordusundadır. Terrorçu dövletin cinayetkar rehberleri bunu ört-basdır etmek üçün herdenbir “herbi” telimler keçirseler de, artıq orduda baş verenleri gizletmek mümkün olmur.
Münaqişe terefi olan iki ölkenin herbi-iqtisadi imkanları ve müharibe potensialı haqda son günlerde hem yerli, hem de xarici mediada çox yer ayrılır. Ümumiyyetle, Ermenistan müharibeye hazırdırmı? İşğalçı ölkenin maddi-texniki ve insan resursları, ordudakı menevi-psixoloji durum Azerbaycanla müharibe aparmağa kifayet edirmi? Bu yazıda mesleye aydınlıq getirmeye çalışacağıq.
İqtisadi potensial ve onun müharibede vacib rolu
Her hansı bir müharibeni apara bilmek üçün ilk növbede güclü maliyye imkanları, güclü iqtisadi potensial lazım gelir. 1 milyon ac vetendaşı olan Ermenistanın ise öz ehalisini normal dolandıracaq qeder bele maliyye imkanı yoxdur. Xaricdeki ermeni diasporunun topladığı sedeqeyle dolanan Ermenistan bütün imkanlarını seferber etse bele uzağı 1-2 ay herbi emeliyyat aparma imkanına malikdir.
Hazırkı şeraitde herbi emeliyyatların bir aydan artıq davam etmesi ise Ermenistanda iqtisadi çökme, sosial partlayışla neticelene biler. Ermenistanın cari dövlet büdcesi 3 mlrd dollardır. Bu il resmi İrevan dövlet büdcesinde müdafie xerclerini 34% artıraraq 495,3 mln. ABŞ dollarına çatdırıb. Herbi xercler Ermenistanın 2009-cu il üçün dövlet büdcesinde xerclerin 15,7%-ni, UDM-in ise 3,6%-ni teşkil edir. 2009-cu ilde Azerbaycanın dövlet büdcesi 15 milyard, büdceden herbi saheye yöneltdiyi vesaitin hecmi 2,3 mlrd. ABŞ dollarına yaxın olub.
Göründüyü kimi, her iki sahede beşqat ferq var. Bundan başqa, Azerbaycanın strateji valyuta ehtiyatları 20 milyard dollara çatır. Ölkede diger iri fondlar da var ki, bu fövqelade hallarda ümumi fonda daxil edile biler. Beynelxalq teşkilatların proqnozlarına göre, Ermenistan bu il dünyada en çox gerilemeye meruz qalan ölkelerden biri olacaq. Bele ki, ÜDM-in hecminin 2009-cu ilin sonuna kimi rekord seviyyede, 15% düşeceyi gözlenilir. Agentlik ölkenin büdce kesirinin ÜDM-e nisbetinin 7,5%-dek artacağını, cari hesab kesirinin ise 13%-i üsteleyeceyini proqnozlaşdırır. Bele imkanlarla müharibe Ermenistan üçün esil felaket olacaq. Cemi 1-2 ay erzinde müharibe davam etse, Ermenistan iqtisadiyyatı bunun öhdesinden gele bilmez ve ermeniler sadece acından ölerler
.
Canlı qüvve faktorunun müharibede rolu
Müharibede en esas amillerden biri de, canlı qüvvedir. Hazırda Ermenistan ordusu 60 min esgere ve 32 min nefer elave ehtiyat qüvveye malikdir. Orduda heqiqi herbi xidmet üçün yaş senzi 18-27 yaş, total seferberlik dövrü herbi xidmete çağırış üçün yaş senzi 16-49 yaşdır. İlde iki defe orduya çağırış olsa da Ermenistan metbuatının yazdıqlarına göre, 2004-cü ilin payızından bu yana ordu çağırışçı çatışmazlığı problemi ile üzleşir. Evveller her çağırışda 16-17 min genc xidmete yola salındığı halda, son iller bu gösterici 10-11 min nefere düşüb. Çağırışçı çatışmazlığı sebebinden mülki vetendaşlar bele döyüş mövqelerine gönderilir. Cebheyanı kendlerin sakinlerine silah paylanır ve onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.
Herbi menbelerin melumatına göre, Ermenistanın Azerbaycanın işğal altındakı erazilerinde saxlanılan herbi qüvvelerinin sayı 20 min neferdir. Bu qüvveler 3 ordu korpusunda cemleşdirilib. Bu qüvvenin 75 faizi Azerbaycanın işğal olunmuş erazilerinin ordumuzla temas xetti üzre cemleşib. Faktdır ki, İrevan Qarabağa canlı qüvve göndermekde çetinlik çekir. Ermenistan Esger Anaları Cemiyyetinin açıqladığı hesabatlara göre, Azerbaycan erazilerindeki herbi hisselere imkansızların övladlarının gönderildiyi, imkanlı övladlarının Ermenistandakı herbi hisselerde xidmet etdiyi bildirilir. Qarabağdakı herbi hisselerde ise “dedovşina”, xestelikler, nizamnameden kenar hallar, narkomanlıq baş alıb gedir.
Yaranmış durum ermeni genclerin kütlevi şekilde ordudan yayınmasına ve esgerlerin ferarilik etmesine sebeb olur. İşğalçı ölkenin zebt edilmiş Azerbaycan erazilerinde olan herbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemler ortaya çıxır. Bu gün Ermenistan ordusu olduqca ağır böhran yaşayır ki, bunu faktlar sübut edir.
Mesele burasındadır ki, Ermenistan ordusunda baş veren ferarilik, ölüm, döyülme, rüşvetalma, intihar ve diger herbi cinayetlerin sayı 2007-ci ile nisbeten 2008-ci il erzinde, hemçinin 2009-cu ilin ilk yarısına qeder texminen 30 faiz artıb.
Azerbaycan Silahlı Qüvveleri daha çox canlı qüvveye malikdir. Ehtiyat qüvve ise Ermenistandakından azı 3 defe çoxdur. Ölkede total seferberliye celb oluna bilecek canlı qüvvenin sayı ise 2 milyona yaxındır. Çağırış planı demek olar ki 100% yerine yetirilir. Ordudan yayınma ve ferarilik halları demek olar ki, yoxdur. Peşekar herbçi kadr baxımından ise, ordumuzun imkanları daha yüksekdir.
Ermenistanın arsenalındakı silah-sursat ve texnika Ermenistan Silahlı Qüvveleri Qarabağdakı herbi birleşmelersiz 3 eded T-54, 5 eded T-55 ve 160 eded T-72 tankı, 10 eded BMD-1, 80 eded BRDM-2, 869 eded BMP-1, 98 eded BMP-2, 25 eded BTR-60, 228 eded BTR-70, 50 eded BTR-80, 145 eded zirehli rabite maşınına, 50 eded BM-21 «Qrad» ve Ural maşınlarının bazasında 9A51 «Prima» reaktiv yaylım ateş sistemine, «Akatsiya» 2S3, «Qvozdika» 2S1, 90 eded D-30, habele Çin istehsalı olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlerine, 152 mm çaplı M1955 ve 2A36, 29 eded T-12 tank eleyhine topa malikdir.
Ermenistan Herbi Hava Qüvveleri (HHQ) Cenubi Qafqaz regionunda en zeif aviasiya hesab olunur. HHQ-nin inventarına 15 eded Su-25 hücum teyyaresi, bir eded MiQ-25PD ve 2 eded İl-76 herbi yük teyyaresinin daxil olduğu bildirilir. Ermenistan hava mekanının qorunmasında bununla yanaşı, 12 eded Mi-24 helikopteri ve Gümrüdeki 102-ci herbi bazadakı Rusiyanın 18 eded MiQ-29-a bel bağlayır.
Azerbaycan Ordusunun ixtiyarında ise, daha modern herbi texnika, döyüş uçaqları ve silah-sursat var. Herbi sirr olduğuna göre, açıqlaya bilmesek de deye bilerik ki, her halda ordumuzun maddi-texniki bazası Ermenistanınkından xeyli çoxdur. Azerbaycan Silahlı Qüvvelerinin 90 illik yubileyi münasibetile Bakıda keçirilen möhteşem herbi parad da ordumuzun qüdretini nümayiş etdirdi. Bele bir durumda müharibenin nece sonuclanacağı önceden aydındır.
Ermenistan ordusunda menevi-psixoloji durum keskin böhran heddine çatıb Bununla bağlı Ermenistanda fealiyyet gösteren herbi yönümlü qeyri-hökumet teşkilatları, o cümleden "Esger Anaları" cemiyyeti maraqlı faktlar açıqlayıblar. Bu qurumlar terefinden hazırlanmış hesabatlara göre, düşmen ordusunda baş veren ferarilik, ölüm, döyülme, rüşvetalma, intihar ve diger herbi cinayetlerin sayı öten ille müqayisede 25 faiz artıb. Terrorçu dövletin ordusunda ölüm hallarının sayı da yükselen xetle artır. Tekce ilk yarımilde Ermenistan silahlı qüvvelerinde 84 herbi qulluqçu helak olub ki, bunlardan 68 neferi qeyri-döyüş veziyyetinde ölüb.
Ümumilikde ise, gösterdiyimiz dövr erzinde Ermenistan ordusunda xeyli herbi qulluqçu helak olub ki, onların da 80 faizinin ölümü qeyri-döyüş itkisi hesab edilir. En biabırçı melumatlar ise ondan ibaretdir ki, exlaqsızlıq halları ermeni ordusunun simasına çevrilmekdedir. Aparılan yoxlamalar zamanı Ermenistan ordusunun kütlevi şekilde homoseksualizm belasına duçar olduğu aşkarlanıb.
Diger ciddi bir fakt ise ondan ibaretdir ki, bu orduda ayrıseçkilik ve dedovşina hallarının mövcudluğu ölke ictimaiyyeti terefinden narazılıqla qarşılanıb. Bele ki, Qarabağda xidmet eden ermenistanlıların qarabağlı komandir heyeti terefinden daim tehqir olunması, emri yerine yetirmeyen esgerlerin ise fiziki tezyiqlere meruz qalması çoxdan heç kesi teeccüblendirmir.
Bunun neticesinde Qarabağda yerleşen dağ-atıcı ve motoatıcı diviziyaların terkibindeki herbi hisselerde ermenistanlılarla qarabağlılar arasında 14 bıçaqlanma hadisesi baş verib. Münaqişe zamanı 4 ermenistanlı herbi qulluqçu ölüb, 6 nefer ise ağır yaralanıb. Ermenistanlıların qarabağlı komandir heyeti terefinden daim tehqir olunduğu, fiziki tezyiqlere meruz qalmaları çoxsaylı cinayet faktlarına esas verib. Hetta, Ermenistandan olan herbçilerin Qarabağdan olan herbçiler terefinden zorlanması barede de faktlar ortaya çıxmaqdadır. Herbi tehsil sahesinde de durum da pisleşib. Ali herbi mekteblerde oxumaq isteyenlerin sayı keskin azalıb. Ermenistan Silahlı Qüvvelerinde herbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun esas sebebi ise şexsi heyete aşağı kalorili ve keyfiyyetli qida mehsulları verilmesidir.
Esgerlerin anti-sanitariya şeraitinde xidmet aparması da sağlamlıq meselesinde ciddi engele çevrilib. Tekce bu ilin yanvar-avqust ayları erzinde 2000 neferedek herbi qulluqçu regional ve merkezi hospitala yerleşdirilib. Ermenistan Müdafie Nazirliyi cebhe bölgesine yerleşdirmeye esger tapmır ve buna göre de muzdlu şexsler pulla sengere getirilir. Gösterilenler ermeni ordusunun sefalet ve böhran içerisinde olmasını tesdiqleyen meqamların yalnız kiçik bir hissesidir.
Ümumiyyetle, düşmen ölkede durum o qeder acınacaqlıdır ki, bele davam ederse, Ermenistan ordusu en qısa zamanda dağılacaq Çünki, artıq işğalçı orduda durum dözülmez hedde çatıb. Cebhenin bu biri terefinde ise, tamam başqa bir menzere var. Bu menzereni oxucularımıza tam olaraq çatdırmağa ehtiyac bele yoxdur, neden ki, xalqımız öz ordusnun nece bir qüdrete ve döyüş ezmine mailk olduğunu yaxşı bilir. Forpostun inzibati merkezinden (öz aralarında İrevanı paytaxt adlandırırlar, lakin qeyd etmeliyik ki, paytaxt anlayışı tam müsteqil olan dövletin siyasi merkezine deyilir) seslenen resmi beyanatlar ve açıqlamalar gösterir ki, artıq Azerbaycanın sebrinin tükendiyini bütün ermeniler anlamış durumdadırlar ve özlerini heç de yaxşı gelecek gözlemediyini başa düşübler.
Eslinde, Azerbaycan ve Ermenistan müqayise edilecek ölkeler deyildi. Sadece onu demek kifayetdir ki, Azerbaycan Ordusunun büdcesi az qala Ermenistanın dövlet büdcesine beraberdir. Bütün bunlar onu gösterir ki, Ermenistan yaxın müddetde işğal olunmuş erazilerden çıxmağa mecbur olacaq. Ve ya buna mecbur edilecek.
Azerbaycan Prezidenti İlham Eliyevin qetiyyetli mövqeyi ve heyata keçirdiyi uğurlu siyaset bunu söylemeye tam esas verir.
melumatlar sia.az saytından elde olunmuşdur
.
Baxışlar: 9237 | Əlavə etdi: GVB | Reytinq: 3.7/10
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2019