Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər sağlam həyat tərzi seçir, narkotikə yox deyir” devizi altında "gənclərin iştirakı ilə kompleks tədbirlərin və idman yarışların keçirilməsi” adlı layihə çərcivəsində Səbayel rayon 2 saylı texniki-humanitar elmlər liseyində tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəkir Mustafayev bildirib ki, bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən narkomaniya qlobal ümumbəşər bir problemə çevirilib. Layihə rəhbəri M. Əliyev bu layihənin mahiyyətindən söhbət açıb və qeyd edib ki, hal hazırda narkomaniyaya düçar olanların sayı Azərbaycanda 18 min nəfər təşkil edir. Daha sonra çıxış edən layihə üzrə təşkilat komitəsinin üzvü E. Səfərli bildirib ki, narkomaniya həyat fəaliyyətinin kobud sürətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir. Çıxış edən digər natiqlər də narkomaniyadan, pis vərdişlərdən, azyaşlı uşaqların siqaretə və spirtli içkilərə meyllərinin artmasından danışıb. Sonda şagirdlərə narkomaniyanın təsirlərindən bəhs edən buklet və köynəklər paylanmışdır.
|