Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Aprel » 14
Qəbələ RLS məsələsi Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərində heç bir narahatlıq yaratmayıb və yaratmır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

"Azərbaycanın Bakıdan sonra ikinci turizm mərkəzi olan dilbər güşəsi Qəbələdə 300 hektar sahəni əhatə edən RLS-in icarə haqqı ərazisinə görə cəmi 7 milyon dollar təşkil edirdi. Əgər dənizdən uzaqda qalanlar dəniz kənarında istirahət edirlərsə, biz, Xəzərin sahilində yaşayanlar dağlıq ərazilərdə istirahət edirik. Bu səbəbdən bizim istəyimiz ondan ibarət idi ki, bu obyektə görə icarə haqqı reallığa uyğunlaşdırılsın. Birincisi, bu, ötən on il üçün hansısa təzminat olardı, çünki ötən on il ərzində Azərbaycan heç vaxt qiymətə yenidən baxılması ilə bağlı məsələ qaldırmayıb, halbuki hər kəs, düşünürəm ki, Rusiya da başa düşürdü ki, qiymət, yumşaq desək ... Ardını oxumaq »
Baxışlar: 508 | Əlavə etdi: Natiq | Tarix: 14.04.2013 | Şərhlər (0)

Bu gün axşam saatlarında Ağdamın işğal altında olan Şurabad kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində ordumuzun giziri ağır yaralanıb.
Erməni tərəfi iri çaplı pulemyotlardan açdığı atəş nəticəsində gizir Hüseynov Ramil Şahmar oğlu aşağı ətraf nahiyəsindən ağır güllə yarası alıb, vəziyyəti ağırdır.
Məlumata görə, hazırda yaralının helikopterlə paytaxta aparıldığı bildirilir.
Qeyd edək ki, Hüseynov Ramil Şahmar oğlu Tərtər rayonunun Hüsənli kəndində anadan olub, Tərtər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

lent.az
Baxışlar: 516 | Əlavə etdi: Natiq | Tarix: 14.04.2013 | Şərhlər (0)

Axtarış
Təqvim
«  Aprel 2013  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024