Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəıyi ilə "Gənclər Sağlam Həyat Tərzi Seçir: Narkotikə yox” devizi altında gənclərin iştirakı ilə kompleks tədbirlərin və idman yarışların keçirilməsi adlı layihəyə start verdi. "Azadinform” xəbər verir ki, layihəı 3 ay müddətində Abşeron və Bakı ətrafı qəsəbə və kəndlərdə rayonlarında həyata keçiriləcək. Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamnanda idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin kemirilməsidir. Xatırladaq ki, GVB bu vaxta qədər bu istiqamətdə bir sıra layihələri həyata keçirib. azadinform.az
|
|