Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. 1990-cı ildə Xocalı hava limanı daxili işlər bölməsinə rəis təyin edilib, erməni təxribatçılarına qarşı cəsarətlə mübarizə aparıb, Xocalı aeroportunu ermənilərin nəzarətindən tamamilə çıxardıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə səhərə qədər rəhbərlik etdiyi kiçik dəstə ilə erməni-rus qüvvələrinə qarşı rəşadətlə vuruşub, misilsiz qəhrəmanlıqlar göstərib, əsil cəngavər kimi son nəfəsinə qədər döyüşüb və döyüş meydanında şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, Bakının küçələrindən biri onun adını daşıyır.
|
|