Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər sağlam həyat tərzi seçir "Narkotikə yox " devizi altında gənclərin iştirakı ilə kompleks tədbirlərin və idman yarışların keçirilməsi” adlı layihə çərçivəsində Binəqədi rayonu 283 saylı tam orta məktəbdə "məktəblərdə fiziki hazırlıq vastəsilə antinarkomaniyaya qarşı təşəbbüslər və marifçilik fəaliyyətinin aşılanması” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şükufə Axundova bildirib ki, narkomaniyaya, QİÇS-ə, içki aludəçiliyinə və siqaret çəkmək kimi pis vərdişlərə yiyələnmənin mənfi tərəfləri haqqında uşaqlar arasında maarifləndirmə işləri aparılmasına böyük ehtiyac var. Layihənin rəhbəri M. Əliyev qeyd edib ki, sağlam həyat tərzi prinsiplərinə riayət etməyən gənclərin müxtəlif zərərli vərdişlərin təsirinə düşmə ehtimalı böyükdür. Belə halların qarşısını almaq məqsədilə belə maarifləndirmə tədbirləi böyük əhəmiyyət kəsb edir deyərək M. Əliyev sözlərinə əlavə edib. Tədbirdə məktəbin müəllimləri, Birliyin üzvləri və KİV nümayəndələri iştirak ediblər. Sonda məktəbin ədəbiyyat müəlliməsi Şəlalə Quliyeva fəxri fərmanla təltif olundu və şagirdlərə təsvirli maykalar bukletlər, braşuralar paylandı.
|