Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Aprel » 24 » Layihə çərçivəsində növbəti bir universitetdə tədbir keçirildi
17:38
Layihə çərçivəsində növbəti bir universitetdə tədbir keçirildi
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli –mənəvi dəyərlərinin gücləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın gələcəyi gənclərdir, gənclər bizim sabaha ümidimizdir” mövzusunda Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasında elmi praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının gənclər üzrə prorektoru Yusif Babanlı açaraq icra olunan layihənin vacibliyindən söhbət açıb və qeyd edib ki, bu yönlü layihələrin ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılması vacibdir.

Layihə rəhbəri, M. Əliyev layihə çərçivəsində keçirilən uğurlu tədbirlər haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından, təşkilatçılığından və onun müxtəlif çıxışlarında səslənmiş "İdman hər bir xalqın mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir”, "Bizim idmanımızın səviyyəsi qalxdıqca onunla bərabər Azərbaycan xalqı, Azərbaycanın mədəniyyəti də yüksəlir” kimi fikirlərini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıb.

M. Əliyev qeyd edib ki, dünyada insan alveri qurbanlarının 80 faizini qadınlar təşkil edir. Bu insanlar əsasən seksual ya da ağır fiziki əmək və ev işləriylə məşğul olmağa məcbur edilirlər. Bu problem dövlət sərhədi bilməyən inkişaf etmiş və inkişafda olan ölkələr arasında heç bir fərq qoymayan böyük problemdir. Bu problem hərbi münaqişəyə cəlb olunmuş dövlətdə olduğu kimi, əminamanlıqda yaşayan dövlət üçün də xarakterdir.

M. Əliyev bildirib ki, AKU-nin rektoru, professoru, millət vəkili Eldar Quliyev və Pedoqoji fakultənin dekanı Nizami Qafarov bu yönlü tədbirlərin keçirilməsində yaxından köməklik edir və şərait yaradır.

Azərbaycan Memarlıq və İnşaat universitetinin İdman kafedrasının müdiri professor Telman Əsədov çıxış edərək qeyd edib ki, bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən insan alveri və narkomaniya qlobal ümumbəşər bir problemə çevirilib, milli-mənəvi dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və problemlə dövlət səviyyəsində mübarizə aparılır. Bu sahədə insan alveri və narkomaniyadan uzaq olmaq məqsədilə ali təhsil müəssisələrində marifləndirmə işlərini gücləndirməklə yanaşı bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün lazımi proqram və layihələrin televizayalarda da olmasını vacib hesab edirəm.
Tədbirdə AzDBTİ-nin dekanı dossent Elman Hüseynov, dekan müavini dossent Cəfərov Qəmbər, Pedoqogika və psixologiya kafedrasının müdiri Məmmədova Cəmilə, Atletika kafedrasının baş müəllimi Aşurov Musa, Tarix kafedrasının dossenti Aydəmirova Fəridə, GVB-nin humanitar və mədəniyyət şöbəsinin müdiri, gvb.ucoz.com saytın redaktoru, layihə üzrə təşkilat komitəsinin üzvü Natiq Qaçayev, layihə üzrə ekspert, polis təqaüdçüsü Sabir Əliyev və başqaları çıxış edərək insan alveri və narkomaniyanın fasadlarından ətraflı söhbət açıblar və bu sahədə mübarizə aparmağı gənclərə tövsiyə ediblər.


Tədbirin sonunda AzDBTİA-nın rektoru professor, millət vəkili Ağacan Abiyev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, GİN-nin doppinq üzrə şöbənin müdiri İradə Rüstəmzadə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin aparat rəhbərin müavini Elnur Camalxanov, QHT-na Dövlət Dəstəyi Şurasının katibliyinin məsləhətçisi Nigar Ağakişiyeva, Emin Məmmədov, qhtxeber.az saytının müxbiri Yeganə Süleymanova gənclərin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində, milli dəyərlərimizi, sağlam həyat, sağlam ailə, mədəni irslərimizin təbliğində, idman siyasətində və fəal təşkilatçılıqlarına görə GVB tərəfindən fəxri fərmanlarla təltif olunub.

Tədbir Akademiyanın auditoriyalarında diskusiya şəraitində davam etdirilib və gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə Azərbaycan Respublikası QHT-ə Dövlət Dəstəyi Şurasının katibliyinin məsləhətçisi Mirzə Zaidov, qhtxeber.az saytının müxbiri Yeganə Süleymanova, "Qoşa Ulduz” jurnalının redaktoru Gülzar Namazova, Kooperasiya qəzetinin Baş redaktoru Gülnarə Qurbanlı, GİV-nin məsul işçisi Müzəffər Nəsibov, QHT-nin nümayəndələri və Akademiyanın pedoqoji kollektivi iştirak ediblər.
Baxışlar: 707 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2013  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024