16 mart tarixində Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə "Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vastəsi ilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində Novruz bayramı münasibəti ilə tədbir keçirib. Tədbirdə çıxış edən GVB-nin sədri Muğam Əliyev Azərbaycan xalqını bayram münasibətilə təbrik edib O qeyd edib ki, hər il olduğu kimi dövlət tərəfindən keçirilən silsilə tədbirlər xalqımızın milli mənəvi dəyərlərinin, adət-ənənələrinin, mədəni irsinin qorunub saxlanmasında gənclər arasında böyük bir təbliğat rolunu oynayır.
Tədbirdə birliyin idarə heyəti, layihə üzrə təşkilat qrupu, yerli şöbələri, müşavirlər, QHTvə İdman federasiyaların nümayəndələri iştirak ediblər.
|