Gənc Vətənpərvərlər Birliyi Aərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə "Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vastəsi ilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində Lənkəran şəhər Sütəmurad kənd orta məktəbində "Azərbaycan Respublikası Dövlət Rəmzlərinin təbliği” mövzusnda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Vüsal Kərimov tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdikdən sonra layihənin vacibliyindən söhbət açıb. O bildirib ki, Dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişlərindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğu əks etdirir.
Çıxış edən GVB-nin Lənkəran şəhər üzrə yerli şöbəsinin müdiri, layihə üzrə təşkilat qrupunun üzvü Seyran Səlimov layihənin məqsədi haqqında tədbir iştirakçılarına məlumat verib.
...
Ardını oxumaq »