Gənc Vətənpərvərlər Birliyi Səbail rayon 2 saylı texniki-humanitar liseyində "Ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vasitəsilə dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində "Məktəb Dövlət rəmzlərinin təbliğində əsas mərkəzdir” mövzusunda elmi praktik konfrans keçirib.
Birliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəkir Mustafayev layihənin vacibliyindən və bu sahədə geniş işlərin aparılmasında valideyinlərin mustəsna rolundan danışıb.
Layihə rəhbəri M.Əliyev həyata keçirilən layihənin məqsədi, mahiyyəti və vəzifələri haqqında tədbir iştirakçılarına geniş məlumat verib, müasir gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elm, idman və mədəni inkişafı ilə sıx baglı olduğunu açıqlayıb. Layihə rəhbəri onu da nəzərə çatdirib ki, layihə çərçivəsində respondentlə
...
Ardını oxumaq »