Gənc Vətənpərvərlər Birliyi "5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə "İdmanın inkişafı sağlam nəsil, basılmaz ordu və bayrağı daim yüksəklərdə dalğalanan Vətən deməkdir” mövzusunda tədbir keçirib. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vasitəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihəsi çərçivəsində keçirilən tədbirdə layihənin əlaqələndiricisi Nuru Quliyev məqsəd və vəzifələrdən danışıb.
GVB sədri, Karate üzrə Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev qeyd edib ki, idmanın inkişafı sağlam nəsil, basılmaz ordu deməkdir: "Azərbaycanda idmanın inkişafı kütləvi bədən tərbiyəsinin təməlini qoyan, növündən asılı olmayaraq idmanı inkişaf etdirən, beynəlxalq arenada tanıdan məhz ulu öndər Heydər Əliyev olub”. O vurğulayıb ki, Gənclər və İdman Nazirliyinin yaradılması,
...
Ardını oxumaq »