Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Aprel » 24 » GVB Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirib
14:47
GVB Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirib
Gənc Vətənpərvərlər Birliyi 2 saylı orta məktəbdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Müasir Azərbaycan Heydər Əliyevin əsəridir” mövzusunda tədbir keçirib. Ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan layihə köməkçisi Natiq Qaçayev qonaqları salamlayaraq tədbir iştirakçılarına Birliyin keçirdiyi layihənin məqsədindən danışıb.
Daha sonra çıxış edən Birliyin sədri M. Əliyev və digər qonaqlar ümummilli liderin həyat və fəaliyyətindən danışaraq bildirib ki, Ulu öndər H. Əliyev zəngin bir dövlət idarəçiliyi ənənəsini formalaşdırıb. Tədbirdə GVB idarə heyyətinin üzvləri, şöbə müdirləri, məktəbin müəllim heyəti, Gənclər və İdman Nazirliyinin nümayəndələri və digər ziyalı şəxslər iştirak etmişdir.
Tədbirin sonunda Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Azərbaycanda gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində və inkişafındakı uğurlu fəaliyyətinə görə bir neçə şəxs fəxri fərmanla təltif olunmuşdur.
Baxışlar: 481 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2013  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024