Saytın menyusu
Statistika

Onlaynda cəmi: 10
Qonaqlar: 10
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 27 » Dövlət Departamenti: “Erməni separatçıları Qarabağdakı məscidləri dağıdıblar”
08:44
Dövlət Departamenti: “Erməni separatçıları Qarabağdakı məscidləri dağıdıblar”
ABŞ xarici siyasət idarəsi dünyada dini vəziyyətlə bağlı hesabat yayıb ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosu dünyada dini vəziyyətlə bağlı hesabat yayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkə Konstitusiyası din azadlığını təsdiqləsə də, 18 mart 2009-cu il referendumu ilə Konstitusiyaya edilmiş dəyişikliklər dinin təbliğini qadağan edir. Bundan başqa, 8 may 2009-cu il tarixində Milli Məclis tərəfindən qəbul edilən və 19 may 2009-cu il tarixində prezident tərəfindən təsdiqlənən “Dini azadlıq haqqında” Qanun dini icmaların qeydiyyatı üçün əlavə məhdudiyyətlərə səbəb ola bilər: “Buna baxmayaraq, hökumət vətəndaşların əksəriyyətinin dini azadlığına hörməti davam etdirir. Amma qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır”. Sənəddə deyilir ki, hesabat dövründə Azərbaycan hökumətinin din azadlığına hörməti sahəsində vəziyyət nisbətən pisləşib: “Məscidlər bağlanıb, dövlət yerlərdə protestant dini icmalara hücumlara əsas verib. Yerli dövlət məmurları tərəfindən İslam və qeyri-ənənəvi xristian dini icmalarının təqib edilməsi barədə məlumatlar var”. Hesabatda iddia edilir ki, bəzi şəxslər dini əqidəsinə görə diskriminasiyaya məruz qalıb, heç bir hüquqi əsas olmadan onlar dindiriliblər və dini materiallar müsadirə edilib: “Amerika hökuməti Azərbaycan hökuməti ilə dini azadlıq məsələlərini müzakirə edir. ABŞ səfirliyinin nümayəndələri qeydiyyat prosesindəki problemlər və qeyri-ənənəvi dini qruplara qarşı rəsmi münasibəti diqqətdə saxlayır, dini ədəbiyyət senzurasına etirazını bildirib”. Sənəddə bildirilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2008-ci ildə 103 dini icmanı qeydiyyata alıb və onlardan 101-i müsəlman icmalarıdır. Dövlət Komitəsinin məlumatına görə, heç bir icmanın qeydiyyata götürülməsindən imtina olunmayıb: “2008-ci ildə dini icmaların sayı 534 (502 müsəlman icması) olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirir ki, 160 qeydiyyatsız dini icma aşkarlayıb”. ABŞ Dövlət Departamentinin bürosu bildirir ki, Zaqataladakı məscidlərdə azanın səsgücləndiricilər vasitəsilə verilməsinə qadağa qoyulub. Bundan başqa, dini televiziya yaratmaq, dini ədəbiyyatın metro stansiyalarında satılmasında məhdudiyyətlər var: “Qanunvericilikdə dini ədəbiyyatın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə çapı və yayımı nəzərdə tutulur. Lakin hökumət bir sıra dini materialların idxalına və yayılmasına qadağa qoyur. Ölkəyə dini ədəbiyyatın gətirilməsinə icazə almaq prosesi çox uzun çəkir”. Hesabatda deyilir ki, müsəlmanlara pasport və digər rəsmi sənədlərə hicabla şəkil çəkdirməyə icazə veilmir: “Təhsil və dövlət müəssisələrində hicab qanunla qadağan edilmir. Lakin hökumət təhsil müəssisəsi rəhbərləri və ya işəgötürənlərin bəzi qadınlara hicabla bağlı təzyiqlərinin qarşısını almaq üçün az iş görür”. Sənəddə bir sıra məscidlərin (“Şəhidlər”, “İlahiyyat”, “Məhəmməd peyğəmbər” və s). bağlandığı da bildirilir. Hesabat müəlliflərinin fikrincə, Azərbaycan hökuməti dini tolerantlıq nümayiş etdirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bir neçə seminar, konfrans, dini görüş keçirib. Sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin dini vəziyyətə təsirinə də toxunulur: “Ermənilər və azərbaycanlılar arasında güclü düşmənçilik var. Erməni separatçılarının nəzarətində olan ərazilərdən azərbaycanlılar qovulub, məscidlər dağıdılıb, dağıdılmayan isə fəaliyyətini dayandırıb”. anspress.com
Baxışlar: 730 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024