Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Aprel » 17 » Birliyimiz növbəti konfrans keçirib
13:24
Birliyimiz növbəti konfrans keçirib
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-larə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə  "Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli –mənəvi dəyərlərinin gücləndirilməsi” adlı layihə çərcivəsində "İnsan alveri və narkomaniya qarşı mübarizədə gənclərin rolu” mövzusunda elmi praktik konfrans keçirilib.
Tədbirdə məktəbin direktoru Bəkir Mustafayev bildirib ki, dünyada kriminal biznesin əsas hissəsinə çevirilən insan alveri və narkomaniya qlobal ümumbəşər bir problemdir. "Milli-mənəvi dəyərlərimizə zidd olan narkomaniyaya qarşı dövlət səviyyəsində ciddi mübarizə aparılır. Bu sahədə insan alveri və narkomaniyadan uzaq olmaq məqsədilə məktəbimizdə marifləndirmə işləri aparılır, ancaq bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün lazımi proqram və layihələrin TV vasitəsilə yayımlanmasını vacib hesab edirik”.

Layihə rəhbəri M. Əliyev layihənin mahiyyətindən söhbət açaraq qeyd edib ki, dünyada insan alveri qurbanlarının 80 faizini qadınlar, 50 faizini isə uşaqlar təşkil edir. Bu insanlar əsasən seksual ya da ağır fiziki əmək və ev işləriylə məşğul olmağa məcbur edilirlər. Bu problem sərhəd bilməyən, inkişaf etmiş və inkişafda olan ölkələr arasında heç bir fərq qoymadan böyüyən problemdir. Bu problem, hərbi münaqişəyə cəlb olunmuş dövlətdə olduğu kimi, əmin-amanlıqda yaşayan dövlət üçün də xarakterdir.

Layihə üzrə təşkilat komitəsinin üzvü A. Əsədov bildirib ki, narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir. "Bu xəsətliyə düçar olan insan narkotik maddədən asılı olur və qula bənzəyir. İnsan hər şeyi –sağlamlığını, qüvvəsini, özünə hörməti itirir. Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir, onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər”

Layihə üzrə təşkilat komitəsinin üzvü insan alveri və narkomaniyadan,pis vərdişlərdən ,azyaşlı uşaqların siqaretə və spirtli içkilərə meylərinin artmasından danışıb. O qeyd edib ki, narkotikə dücar olanlar həmişə çalışırlar ətrafına imkanlı üşaqlar cəlb etsinlər. Bu sahədə hamı fəal olmalı, birlikdə insan alvveri və narkomaniyaya, pis vərdişlərə, siqaret, spirtli içkilərə qarşı olmalıyıq .

Tədbirdə təşkilat komitəsinin üzvü polis təqaüdçüsü S. Əliyev, məktəbin tərbiyə işləri üzrə direktor müavini Kəmalə Abbasova, fiziki tərbiyə müəllimi Ramiz Qasımov, Birliyin beynaxalq əlaqələr üzrə müdir müavini fəxri üzvü Elnaz Səfərli, layihə üzrə ekspert Əbdül Abbasquliyev və başqaları çıxış edərək insan alveri və narkomaniyanın fəsadlarından ətraflı danışaraq diskusiyalar aparıblar. Qeyd olunub ki, növbəti tədbirdə məktəbin şagirdləri tərəfindən insan alveri və narkomaniya ilə bağlı rəsmlər çəkilsin. Ən maraqlı rəsmə görə diplom və mükafat verilməsi tövsiyə olunub.

Tədbirin sonunda məktəbin direktor müavini Kəmalə Abbasova yeniyetmə və gənclərin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində, milli dəyərlərimizi, sağlam həyat, sağlam ailə, mədəni irsimizin təbliğində və fəal təşkilatçılığına görə GVB tərəfindən fəxri diplomla təltif olunub, rəngli buklet və  ulu öndər H. Əliyevin əksi olunmuş döş nişanı tədbir iştirakçılarına paylanılıb.

qhtxeber.az
Baxışlar: 542 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2013  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024