Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 19 » A. Gül: "Qarabağ münaqişesinde ehemiyyetli irelileyiş var"
21:16
A. Gül: "Qarabağ münaqişesinde ehemiyyetli irelileyiş var"
"Türkiye ile Ermenistan arasında münasibetlerin normallaşmasının Qarabağ probleminin hellinde eks olunacağını göreceksiniz" "Ermənistan ilə əlaqələrin normallaşdırılması əslində bütün Qafqazın normallaşmasıdır". Bunu TRT telekanalının "Siyasi açılım" proqramının qonağı olan Türkiyə prezidenti Abdulla Gül bildirib. O, Ermənistan ilə imzalanan protokolların Qafqazda sabitliyə xidmət edəcəyini vurğulayıb. "Ermənistan ilə Azərbaycan arasındakı əlaqələr normallaşmazsa, Qafqazda tam bir sabitlik və təhlükəsizlik təmin edilə bilməz. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının Qarabağ probleminin həllində əks olunacağını görəcəksiniz", deyə A. Gül qeyd edib. "Qarabağ problemi illərdir tərk edilmiş bir mövzu idi. Türkiyənin Ermənistan ilə münasibətləri normallaşdırma müddəti, Azərbaycanın bu böyük məsələsini, dünyanın ən əhəmiyyətli, birinci məsələlərindən biri halına gətirib. Bu məsələnin həlli istiqamətində əhəmiyyətli inkişaf var, ancaq bunlar açıqlana bilməz. Çünki, kim açıqlasa, zəifləyər. Amma bu mövzuda əhəmiyyətli inkişaf var. Mən bu baxımdan xoşbəxtəm; Bu münaqişə, ABŞ və Rusiyanın əks fikirdə olmadığı, iki ölkənin də eyni istiqamətdə düşündüyü nadir problemlərdən biridir." Türkiyə üçün Qafqaz və Balkanların çox əhəmiyyətli olduğunu ifadə edən Gül, ABŞ prezidenti Barak Obama ilə telefon söhbətində də bu mövzunun müzakirə olunduğunu açıqlayıb. "Obama ilə söhbətimdə fikirlərimi bölüşdüm. O, Türkiyənin fikirlərinə çox əhəmiyyət verir", deyə A. gül bəyan edib.
anspress.com
Baxışlar: 747 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024