Bir neçə gündən sonra 2013-cü il bizimlə vidalaşır. "Geridə qoyduğumuz il necə yadınızda qaldı?” sualı ilə qhtxeber.az bu dəfə Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyevə müraciət etdi. O, ilk növbədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını, eyni zamanda QHT-ləri təbrik etdi və 2014-cü ilin düşərli il olmasını arzuladı. 2013-cü ilin onun üçün ilk növbədə ölkədə keçirilən prezident seçkiləri ili kimi qaldığını bildirdi: "Ən sevindirici hal odur ki, 2013-cü il Respublikada keçirilən prezident seckilərində qələbəyə nail olduq. İlham Əliyev yenidən seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq ölkə prezidenti seçildi. Baxmayaraq ki, maraqlı qüvvələr çalışdılar ki, seçkilərə müdaxilə etsinlər, ancaq xalqın seçimi və şüarı bir oldu: "İlhamla İrəli!”. Onu da qeyd etmək istəyirəm ki, GVB İlham Əliyevin namizədliyini
...
Ardını oxumaq »
|
|