Ana səhifə » 2013 » Dekabr » 19 » QHT sədri: “İnanıram ki, 2014-cü ildə Azərbaycan daha da inkişaf edəcək”
13:49 QHT sədri: “İnanıram ki, 2014-cü ildə Azərbaycan daha da inkişaf edəcək” |
Bir neçə gündən sonra 2013-cü il bizimlə vidalaşır. "Geridə qoyduğumuz il necə yadınızda qaldı?” sualı ilə qhtxeber.az bu dəfə Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyevə müraciət etdi. O, ilk növbədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını, eyni zamanda QHT-ləri təbrik etdi və 2014-cü ilin düşərli il olmasını arzuladı. 2013-cü ilin onun üçün ilk növbədə ölkədə keçirilən prezident seçkiləri ili kimi qaldığını bildirdi: "Ən sevindirici hal odur ki, 2013-cü il Respublikada keçirilən prezident seckilərində qələbəyə nail olduq. İlham Əliyev yenidən seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq ölkə prezidenti seçildi. Baxmayaraq ki, maraqlı qüvvələr çalışdılar ki, seçkilərə müdaxilə etsinlər, ancaq xalqın seçimi və şüarı bir oldu: "İlhamla İrəli!”. Onu da qeyd etmək istəyirəm ki, GVB İlham Əliyevin namizədliyini irəli sürməklə yanaşı, seçki öncəsi proseslərdə də fəal iştirak etdi. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün maarifləndirmə işləri apardı. 2013-cü il həm də 2015-ci ildə Bakıda Avropa yay Olimpiya Oyunlarının keçirilməsi haqqında qərarın verilməsi ilə əlamətdar oldu”.
Rəhbərlik etdiyi təşkilatın uğurlarına gəlincə, M. Əliyev bildirdi ki, bitməkdə olan 2013-cü ildə GVB olduqca məhsuldar fəaliyyət göstərib: "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Gənclər Fondunun, həmçinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yüksək səviyyədə layihələr icra etmişik. Bu layihələrdən çoxsaylı gənclər faydalanıb və təşkilatımızın sıraları genişlənib. Düşünürəm ki, gənclərimizin fiziki və mənəvi inkişafına yardımçı olmaq istiqamətində apardığımız məqsədyönlü fəaliyyətimizlə dövlət gənclər siyasətinə öz dəstəyimizi verə bilmişik”.
QHT sədri bayramı evdə öz ailəsi ilə keçirəcəyini bildirdi və əlavə etdi: "İnanıram ki, 2014-cü ildə Azərbaycan daha da inkişaf edəcək, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ problemi Prezidentimizin uğurlu siyasəti nəticəsində həll ediləcək”.
Hamlet
|
Baxışlar: 491 |
Əlavə etdi: Natiq
| Reytinq: 0.0/0 |
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin. [ Qeydiyyat | Giriş ]
|