Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Dekabr » 17
Hər bir şəxsin cəmiyyətin aktiv üzvünə çevrilməsi bütün zamanlarda olduğu kimi müasir dövrün də tələbidir.
Cəmiyyətdə müxtəlif təbəqələrin sosiallaşması, ictimailəşməsi, bu baxımdan münasibətlər qrupunun yaradılması cəmiyyətin inkişafı üçün əsas şərtdir. Çoxdan sınaqdan keçirilmiş nəzəriyyələr və təcrübələr onu göstərir ki, cəmiyyətin ayrı-ayrı təbəqələrinin (yaş təbəqələri, sosial təbəqələr) olması və onların qarşılıqlı olaraq fəaliyyəti və birləşməsi təbii ki, xalqın və cəmiyyətin birliyinə, gücün birləşməsi ilə dövlətin inkafına səbəb olur.
İnsanlar daha çox əqli və fiziki qabiliyyət (əmək qabiliyyəti) əldə etdikdən sonra sosiallaşma proseslərini yaşamağa başlayırlar və üzərlərində sosial məsuliyyət və öhdəliklər yaranır. İnsanların körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş dövrü, ahıl və qocalıq dövrləri olur. İnsanların cəmiyyətin sosial üzv ... Ardını oxumaq »
Baxışlar: 688 | Əlavə etdi: Natiq | Tarix: 17.12.2013 | Şərhlər (0)

Müasir gənclik və hərbi-vətənpərvərlik tərbiyəsi

Hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Vətənə məhəbbət, öz xalqına hörmət, ölkəsinə xor baxan düşmənlərinə nifrət hisslərini aşılayan, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizəyə hədəf götürən hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının Vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.

Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi-vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılığından, onları xarici v ... Ardını oxumaq »
Baxışlar: 644 | Əlavə etdi: Aliyev | Tarix: 17.12.2013 | Şərhlər (0)

Müasir dövrdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi

Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna s ... Ardını oxumaq »
Baxışlar: 628 | Əlavə etdi: Aliyev | Tarix: 17.12.2013 | Şərhlər (0)

Axtarış
Təqvim
«  Dekabr 2013  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024