AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində “Narkotiklərdən əl çəkək” devizi altında tədbir keçirib. GVB-dən “Azadinform”a verilən məlumata görə, tədbir Sumqayıt şəhər ”TEYD” İdman Sağlamlıq Kompleksində olub.
Tədbirdə çıxış edən GVB idarə heyətin üzvü, ehtiyatda olan polkovnik A.Əsədov layihə çərçivəsində keçirilən tədbirlər, bu tədbirlərdə gənclərin fəallığı və digər məsələlərdən bəhs edib.
Digər tədbir iştirakçıları da narkomaniya, içki və siqaretə aludə olmağın mənfi tərəflərindən danışıb, gənclərin belə ziyanlı vərdişlərə aludə olmamaları üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
GVB sədri Muğan Əliyev bildirib ki, həyata keçirdikləri layihə çərçivəsində idmana çox geniş yer ayrılıb. M.Əliyev həmçinin əlavə edib ki, statistik məlumatlara görə hazırda ölkədə 27 min rəsmi, 100 mindən çox qeyri-rəsmi narkotik i
...
Ardını oxumaq »