Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » May » 21 » Şuranın dəstəyi ilə Sumqayıtda seminar keçirilib
13:44
Şuranın dəstəyi ilə Sumqayıtda seminar keçirilib
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkotiklərdən əl çəkək!” devizi altında gənclərin iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində Sumqayıtda seminar keçirib.qhtxeber.az-ın verdiyi məlumata görə, “Teyd” İdman sağlamlıq kompleksində “Dostluq” Əlbəyaxa döyüş növləri üzrə İdman Klubu ilə birgə “Gələcəyimizi narkotikdən qoruyaq” mövzusunda keçirilən tədbirdə GVB-nin idarə heyətinin üzvü, sabiq polkovnik A.Əsədov layihə çərçivəsində ay ərzində keçirilən tədbirlərdən bəhs edib.Layihənin rəhbəri Muğan Əliyev bildirib ki, 2012-ci il İdman ili olduğuna görə layihə çərçivəsində idmana çox geniş yer ayrılıb, karate do və yüngül atletika estafet qaçışı üzrə və.s. təşkil olunub. Azərbaycan Milli karate federasiyasının “Dostluq” Əlbəyaxa döyüş növləri üzrə idman klubunun baş məşqçisi, Avropa çempionu R.Məmmədov, karate-do üzrə əməkdar məşqici O.Məmmədov, Azərbaycan Beynəxalq Mərkəzinin beynəlxalq şöbənin müdiri İ. Nəsirov, şairə O.Məmmədova, ictimayyət nümayəndələri A.Əskərov, C.Hasıyev, məşqçi M.Həsənov bildiriblər ki, layihənin uğurla davam etdirilməsində regionlarda İdman cəmiyyətlərində, ümumtəhsil məktəblərində narkomaniya qarşı geniş maarifləndirmə işlərin aparılması vacibdir.Sabiq polkovnik Arif Əsədov, mayor S.Əliyev, məqçilər Abdulayev, Kontakt karate federasiyasının prezidenti A.Həsənov mövzu ilə bağlı ətraflı danışaraq narkotiklərə düçar olan gənclərdən, bunun mənfi nəticələrindən söhbət açıblar.Seminardan sonra təşklatçılıq fəaliyyətinə görə bir neçə nəfərə fəxri diplom təqdim olunub.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin məsləhətçisi E.Bağırlı, GİN-nin həkimi Ə.Abbasquliyev, həkim S.Bağırzadə, GVB-nin ictimai əlaqələr üzrə sədrin müşaviri N.Niftiyev, QHT-lərin nümayəndələri, idmançılar, məşqçilər iştirak ediblər.
Əlavə etmək: Şəkil 1
Baxışlar: 633 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2012  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024