Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » May » 21 » Gənc Vətənpərvərlər Birliyi “Narkotiklərdən əl çəkək” devizi altında tədbir keçirib
14:12
Gənc Vətənpərvərlər Birliyi “Narkotiklərdən əl çəkək” devizi altında tədbir keçirib
AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində “Narkotiklərdən əl çəkək” devizi altında tədbir keçirib. GVB-dən “Azadinform”a verilən məlumata görə, tədbir Sumqayıt şəhər ”TEYD” İdman Sağlamlıq Kompleksində olub.
Tədbirdə çıxış edən GVB idarə heyətin üzvü, ehtiyatda olan polkovnik A.Əsədov layihə çərçivəsində keçirilən tədbirlər, bu tədbirlərdə gənclərin fəallığı və digər məsələlərdən bəhs edib.
Digər tədbir iştirakçıları da narkomaniya, içki və siqaretə aludə olmağın mənfi tərəflərindən danışıb, gənclərin belə ziyanlı vərdişlərə aludə olmamaları üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
GVB sədri Muğan Əliyev bildirib ki, həyata keçirdikləri layihə çərçivəsində idmana çox geniş yer ayrılıb. M.Əliyev həmçinin əlavə edib ki, statistik məlumatlara görə hazırda ölkədə 27 min rəsmi, 100 mindən çox qeyri-rəsmi narkotik istifadəçisi var. Bildirilib ki, narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulması və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir.
Qeyd edək ki, konfransdan sonra “TEYD” idman kompleksində Abşeron və Qaradağ rayonlarından dəvət olunan gənc karateçilərin iştirakı ilə “Gənclərimizi narkotikdən qoruyaq” devizi altında texniki seminar keçirilib.
Baxışlar: 573 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2012  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024