“Bakıda məktəblərdə şagirdlər arasında narkotik vasitələrdən istifadə halı aşkarlanmayıb”. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili Şöbəsinin rəisi Hüseyn Əliyev mətbuata açıqlamasında deyib.
Bir neçə gün əvvəl səhiyyə nazirinin müavini Elsevər Ağayev isə jurnalistlərə bildirib ki, Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır.
H. Əliyev bildirib ki, narkomaniyanın qarşısının alınması üçün ən əsas məsələ profilaktika və maarifləndirici işlərin aparılmasıdır: “Bununla əlaqədar Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları ilə birlikdə Bakının əksər məktəblərində təlim tərbiyə işini gücləndirilməsi, uşaqların pis vərdişlərdən uzaqlaşdırılması, eyni zamanda narkomaniyanın uşaqlara təsirinin qarşısının alınması üçün tədbirlər keçirilir”.
P.S. Qeyd edək ki
...
Ardını oxumaq »