qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mailiyyə dəstəyi ilə “Narkotiklərdən əl çəkək!” devizi altında gəncləri iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində Bakı şəhər Səbayel rayon 2 saylı Humanitar və texniki elmlər liseyində “Gənclər sağlam həyatı seçir” mövzusunda tədbir keçirib. qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə məktəbin direktoru Bəkir Mustafayev bildirib ki, cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizlərdən biridir: “Gənclərin narkomaniya , siqaret aludəçiliyi və bu kimi pis vərdişlərin təsirinə düşmələri bizi çox narahat edir. Əvvəllər narkotiklərə düçar olanlar 25-30 yaşlarında təsadüf edilirdisə, indi 15-30 yaşlar arasında rast gəlinir. Bu gün Azərbaycanda narkotik aludəçilərin sayı rəsmi göstəricilərə görə, 26 min 700 nəfərdən
...
Ardını oxumaq »