Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Aprel » 17 » Şuranın qaldırdığı problemə Səhiyyə Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi münasibət bildirdi
11:41
Şuranın qaldırdığı problemə Səhiyyə Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi münasibət bildirdi
“Bakıda məktəblərdə şagirdlər arasında narkotik vasitələrdən istifadə halı aşkarlanmayıb”. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili Şöbəsinin rəisi Hüseyn Əliyev mətbuata açıqlamasında deyib.
Bir neçə gün əvvəl səhiyyə nazirinin müavini Elsevər Ağayev isə jurnalistlərə bildirib ki, Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır.
H. Əliyev bildirib ki, narkomaniyanın qarşısının alınması üçün ən əsas məsələ profilaktika və maarifləndirici işlərin aparılmasıdır: “Bununla əlaqədar Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları ilə birlikdə Bakının əksər məktəblərində təlim tərbiyə işini gücləndirilməsi, uşaqların pis vərdişlərdən uzaqlaşdırılması, eyni zamanda narkomaniyanın uşaqlara təsirinin qarşısının alınması üçün tədbirlər keçirilir”.
P.S. Qeyd edək ki, bu problem Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyi tərəfindən həyata keçirilən “Narkotiklərdən əl çəkək!” devizi altında gənclərin iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində qaldırılmışdı. Hazırda həmin layihə çərçivəsində orta məktəblərdə, eləcə də gənclər arasında “ağ ölüm”lə bağlı maarifləndirmə işləri aparılır.
Əlavə etmək: Şəkil 1
Baxışlar: 646 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024