Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Aprel » 16 » Şuranın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəyyən edilib: Narkotik aludəçiliyi artıq məktəblərə “sıçrayıb”
12:56
Şuranın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəyyən edilib: Narkotik aludəçiliyi artıq məktəblərə “sıçrayıb”
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mailiyyə dəstəyi ilə “Narkotiklərdən əl çəkək!” devizi altında gəncləri iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində Bakı şəhər Səbayel rayon 2 saylı Humanitar və texniki elmlər liseyində “Gənclər sağlam həyatı seçir” mövzusunda tədbir keçirib. qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə məktəbin direktoru Bəkir Mustafayev bildirib ki, cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizlərdən biridir: “Gənclərin narkomaniya , siqaret aludəçiliyi və bu kimi pis vərdişlərin təsirinə düşmələri bizi çox narahat edir. Əvvəllər narkotiklərə düçar olanlar 25-30 yaşlarında təsadüf edilirdisə, indi 15-30 yaşlar arasında rast gəlinir. Bu gün Azərbaycanda narkotik aludəçilərin sayı rəsmi göstəricilərə görə, 26 min 700 nəfərdən çoxdur. Dünya təcrübəsi göstərir ki, zərərli vərdişlərdən əl çəkmək üçün kompleks şəkildə hərtərəfli profilaktik tədbirlərin həyata keçirilməsi və mənəvi dəyərlər, sağlam həyat, sağlam ailə təbliğatı istiqamətndə maarifləndirmə işləri gücləndirilməlidir”.Layihənin kordinatoru N.Abiyeva layihənin bir neçə mərhələdə aparılmasından və mövzularla bağlı keçirilən görüşlər və diskusiyaların nəticələrindən söhbət açıb. Qeyd edib ki, gənclərin narkotiklərə aludəçiliyi ictimai nəzarətin zəifliyi, narkotiklərin “qara bazarda” mövcudluğu və asan əldə olunması , ailədə, məktəbdə, işdə və digər yaxın əhatə çevrəsində münaqişələrin mövcudluğu, bəzi ailələrdə maddi imkanların bolluğu və s. kimi səbəblərdən irəli gəlir.Məktəbin tərbiyə işlər üzrə müavini Kəmalə Abbasova, biologiya üzrə müəllimə Fəridə Tağırzadə, coğrafiya müəlliməsi Şüküfə Aslanova, bədən tərbiyə müəllimi Ramiz Qasımov, ibtidai hazırlıq müəllimi Ömər Aslanov, GVB-də layihə üzrə təşkilat komitəsin üzvü Gülsura Quliyeva və başqaları bildiriblər ki, bu gün ən vacib məsələlərdən biri yeniyetmə və gənclərimizin sağlam həyatını, gələcəyini narkotiklərdən, pis vərdişlərdən qorumaq, onların asudə vaxtlarının səmərəli keçirilməsi baxımında müxtəlif dərnəklərə, ictimai işlərə, idman bölmələrinə cəlb etməkdir.Şagirdlərlə diskusiya şəraitində keçən tədbirin sonunda məktəbin direktoru B.Mustafayevə fəxri diplom təqdim olundu.Qeyd edək ki, tədbirdə GVB-nin İdarə heyətin üzvü M.Seyidov, KİV üzrə sədrin müşaviri JaləTofiqqızı, təşkilati məsələləri üzrə sədr müavini A.Əsədov, həkim ekspert Ə.Abbasquliyev, S.Bağırova, layihə üzrə köməkçi N.Abiyeva, birliyin mühasib köməkçisi G.Quliyeva, orta ixtisas və ali məktəblərlə iş şöbəsinin müdir müavini T.Bağırzadə iştirak ediblər.
Baxışlar: 620 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024