qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərini davam etdirir. qhtxeber.az-ın məlümatına əsasən, növbəti tədbiri giriş sözü ilə açan GVB-nin orta ixtisas məktəbləri ilə əlaqələr şöbə müdiri Nigar Abıyeva qeyd etdi ki, fevralda elan olunan Xocalı ayının məqsədi Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğunu anlatmaq üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirməkdir. O bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimayyətinin, Beynəxalq Təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, bu misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmalıdırlar.
GVB sədri Muğan Əliyev isə vurğuladı ki, bu faciə unudulmamalı, yaddaşlarda yaşamalı , gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz bizim başımıza nə oyun açıblar:
...
Ardını oxumaq »