Bu haqda məlumatı GVB sədri Müqamət Əliyev vermişdir. Onun bildirdiyinə görə təşkilatın fəal üzvləri, şöbə müdirləri, müşavirlər və sədr özü 26 fevral Xocalı faciəsinin 20ci ildönümü ilə əlaqədar keçirilmiş milli yürüşdə iştirak etmiş, abidə önünə əklil qoymuşdur. Müqamət Əliyev həm də qeyd etmişdir ki, artıq uzun müddətdir GVB Xocalı faciəsi haqda silsilə tədbirlər keçirmiş, maarifləndirmə işləri aparmış, Azərbaycanda yaşayan əcnəbilərə bu qətliam barədə məlumat vermişdir.
|