qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərini davam etdirir. qhtxeber.az-ın məlümatına əsasən, növbəti tədbiri giriş sözü ilə açan GVB-nin orta ixtisas məktəbləri ilə əlaqələr şöbə müdiri Nigar Abıyeva qeyd etdi ki, fevralda elan olunan Xocalı ayının məqsədi Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğunu anlatmaq üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirməkdir. O bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimayyətinin, Beynəxalq Təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, bu misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmalıdırlar. GVB sədri Muğan Əliyev isə vurğuladı ki, bu faciə unudulmamalı, yaddaşlarda yaşamalı , gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz bizim başımıza nə oyun açıblar: “Hamılıqla bizlər həmişə ayıq-sayıq olmalı, dövlətimizə qarşı çıxanlara mübarizə aparmalıyıq”. Tədbirdə cıxış edən GVB-nin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Jalə Tofiqqızı, tarixşunas Elburus Əsədov, Humanitar və mədəniyyət şöbəsinin müdiri Natiq Qaçayev, Sevda Qasımova, GİN –nin məsul işcisi Müzəffər Nəsibov, həmçinin Xocalıdan olan Elşən Əliyev və başqaları Xocalıda baş vermiş faciədən danışdılar, bu hadisəni törədənlərin tez bir zamanda məhkəmə məsuliyyətinə cəlb olunmasını qeyd etdilər. Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı bukletlər paylandı və keçirilən tədbirlərin yekunu olaraq müraciət qəbul olundu.
|