Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
ABŞ xarici siyasət idarəsi dünyada dini vəziyyətlə bağlı hesabat yayıb ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosu dünyada dini vəziyyətlə bağlı hesabat yayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkə Konstitusiyası din azadlığını təsdiqləsə də, 18 mart 2009-cu il referendumu ilə Konstitusiyaya edilmiş dəyişikliklər dinin təbliğini qadağan edir. Bundan başqa, 8 may 2009-cu il tarixində Milli Məclis tərəfindən qəbul edilən və 19 may 2009-cu il tarixində prezident tərəfindən təsdiqlənən “Dini azadlıq haqqında” Qanun dini icmaların qeydiyyatı üçün əlavə məhdudiyyətlərə səbəb ola bilər: “Buna baxmayaraq, hökumət vətəndaşların əksəriyyətinin dini azadlığına hörməti davam etdirir. Amma qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır”. Sənəddə deyilir ki, hesabat dövründə Azərbaycan hökumətinin din azadlığına hörməti sahəsində vəziyyət nisbətən pisləşib: “Məscidlər bağlanıb, dövlət yerlərdə pr ... Ardını oxumaq »
Baxışlar: 700 | Əlavə etdi: GVB | Tarix: 27.10.2009 | Şərhlər (0)

Amerika Birləşmiş Ştatları Türkiyə-Ermənistan protokolunun imzalanmasını bölgə üçün müsbət addım hesab edir. Lakin bunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı olduğunu düşünmür.Bu fikri ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefri jurnalistlərə açıqlamasında səsləndirib. “Türkiyə-Ermənistan münasibətləri ilə Dağlıq Qarabağ məsələsinin ayrı-ayrı mövzular olduğunu düşünürük. Lakin Türkiyədə bunların eyniləşdirənlər var və bu, normaldır. Hər halda son qərarı Türkiyə Böyük Millət Məclisi verəcək”, - deyə səfir bildirib. Yaşananları demokratik bir proses adlandıran Cefri demokratiyaya inandıqlarını və bütün problemlərin həllinə tərəfdar olduqlarını bəyan edib. O, habelə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupu çərçivəsində də səylər göstərdiyini qeyd edib. sia.az
Baxışlar: 904 | Əlavə etdi: GVB | Tarix: 24.10.2009 | Şərhlər (0)

İşğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalıdır. Mən əminəm ki, Ermənistan hökuməti də belə düşünür. Hökumətin bundan başqa düşünəcəyi variant da yoxdur”. Bunu Türkiyənin “Axşam” qəzetinə müsahibəsində Almaniya ermənilərinin patriarxı Qareqin Beqciyan bildirib. Onun sözlərinə əsasən, Qarabağ probleminin həllində tərəf olan ölkələr danışıqlar masası arxasında razılığa gələcəklər. Q.Beqciyan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların erməni diasporu tərəfindən birmənalı qəbul edilmədiyini də qeyd edib. “Ermənistan prezidenti Serj Sarkisyanın sözügedən məsələ ilə bağlı ABŞ və Avropada diaspora nümayəndələri ilə keçirdiyi görüşlərdə diaspora tərəfindən ortaya çox sərt mövqe qoyuldu. Sarkisyanın Parisdə erməni diasporu ilə keçirdiyi görüşdə şəxsən özüm iştirak edirdim. Sarkisyan “Biz böyük risq edirik, Türkiyə də böyük risqə getdi, ümüd edirik ki, sonu yaxşı olar” bi ... Ardını oxumaq »
Baxışlar: 1006 | Əlavə etdi: GVB | Tarix: 24.10.2009 | Şərhlər (0)

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyəti-nin Bakı-da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi - Nazirlər Şurası sədrinin milli bay ... Ardını oxumaq »
Baxışlar: 55027 | Əlavə etdi: GVB | Tarix: 20.10.2009 | Şərhlər (62)

“Minsk qrupu həmsədrləri institutu 1992-ci ildə yaradılıb. 18 ildir ki, onlar gəlib-gedirlər, amma hələ də bir nəticə də yoxdur. Lakin Sürixdə protokollar imzalanda Hillari Klinton və Sergey Lavrov və digərləri oraya yığışdılar. Mən soruşuram, hörmətli həmsədr ölkələrin nazirləri, sizə tapşırılan Dağlıq Qarabağ problemlərini həll etməkdir, yoxsa Sürixdə müqavilə imzalanmasında iştirak etmək". SİA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin sədri Ziyafət Əsgərov verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, bir dəfə də olsun onlar Qarabağ məsələsi ilə bağlı Moskvaya, İrəvana və ya Bakıya yığışmayıblar, indi türk-erməni protokolunun imzalanmasına hamısı gəlib. “Böyük dövlətlərin davranışında ilk növbədə tərbiyə olmalıdır ki, hamı onlardan nümunə götürsün. Lakin bu gün böyük dövlətlərin davranışında ikili, üçlü standartlar mövcuddur. Bu da onların marağında olan məsələdir”,- deyə millət v ... Ardını oxumaq »
Baxışlar: 683 | Əlavə etdi: GVB | Tarix: 20.10.2009 | Şərhlər (0)

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan bir çox məqamlara da aydınlıq gətirib Biz əsla azərbaycanlı qardaşlarımızın əleyhinə addım atmarıq. Mən bir daha bəyan edirəm ki, Azərbaycan Milli Məclisindəki çıxışımın arxasındayam. Bunu partiyasının qrup toplantısında Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan deyib. Baş nazir bir çox məqamlara da aydınlıq gətirib. "Ancaq Türkiyə ilə Azərbaycan arasına nifaq salmaq istəyən hadisələrin şahidi oluruq. Mənim ölkəmin vətəndaşları da, azərbaycanlı qardaşlarımız da bu cür nifaq salmaq istəyən qüvvələrə rəvac verməsin. Əsası olmayan bu cür dedi-qodulara və iftiralara qulaq asmayın. Hər kəs bundan əmin olsun ki, biz Azərbaycan bayrağını Türk bayrağı kimi, Azərbaycan torpaqlarını Türk torpaqları kimi əziz və müqəddəs bildik, yenə də elə bilirik". anspress.com
Baxışlar: 755 | Əlavə etdi: GVB | Tarix: 20.10.2009 | Şərhlər (2)

İstədim ki, Vətəninin yolunda canından keçməyə hazır olan Ramil Səfərov haqqında qısa da olsa məlumat verim
Tərcümeyi-halı Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ili ... Ardını oxumaq »
Baxışlar: 750 | Əlavə etdi: GVB | Tarix: 19.10.2009 | Şərhlər (0)

"Türkiye ile Ermenistan arasında münasibetlerin normallaşmasının Qarabağ probleminin hellinde eks olunacağını göreceksiniz" "Ermənistan ilə əlaqələrin normallaşdırılması əslində bütün Qafqazın normallaşmasıdır". Bunu TRT telekanalının "Siyasi açılım" proqramının qonağı olan Türkiyə prezidenti Abdulla Gül bildirib. O, Ermənistan ilə imzalanan protokolların Qafqazda sabitliyə xidmət edəcəyini vurğulayıb. "Ermənistan ilə Azərbaycan arasındakı əlaqələr normallaşmazsa, Qafqazda tam bir sabitlik və təhlükəsizlik təmin edilə bilməz. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının Qarabağ probleminin həllində əks olunacağını görəcəksiniz", deyə A. Gül qeyd edib. "Qarabağ problemi illərdir tərk edilmiş bir mövzu idi. Türkiyənin Ermənistan ilə münasibətləri normallaşdırma müddəti, Azərbaycanın bu böyük məsələsini, dünyanın ən əhəmiyyətli, birinci ... Ardını oxumaq »
Baxışlar: 748 | Əlavə etdi: GVB | Tarix: 19.10.2009 | Şərhlər (0)

Artiq "USİ-Group design" tərəfindən hazırlanmış növbəti sayt işıq üzü gördü! Bu sayt "Gənc Vətənpərvərlər Birliyi"nin sifarişi ilə "USİ" studiasinda hazırlanmışdır.
Baxışlar: 1035 | Əlavə etdi: GVB | Tarix: 06.10.2009 | Şərhlər (2)

« 1 2 ... 77 78 79
Axtarış
Təqvim
«  Aprel 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024