Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 24 » Erməni patriarxı: “İşğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalıdır”
14:55
Erməni patriarxı: “İşğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalıdır”
İşğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalıdır. Mən əminəm ki, Ermənistan hökuməti də belə düşünür. Hökumətin bundan başqa düşünəcəyi variant da yoxdur”. Bunu Türkiyənin “Axşam” qəzetinə müsahibəsində Almaniya ermənilərinin patriarxı Qareqin Beqciyan bildirib. Onun sözlərinə əsasən, Qarabağ probleminin həllində tərəf olan ölkələr danışıqlar masası arxasında razılığa gələcəklər. Q.Beqciyan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların erməni diasporu tərəfindən birmənalı qəbul edilmədiyini də qeyd edib. “Ermənistan prezidenti Serj Sarkisyanın sözügedən məsələ ilə bağlı ABŞ və Avropada diaspora nümayəndələri ilə keçirdiyi görüşlərdə diaspora tərəfindən ortaya çox sərt mövqe qoyuldu. Sarkisyanın Parisdə erməni diasporu ilə keçirdiyi görüşdə şəxsən özüm iştirak edirdim. Sarkisyan “Biz böyük risq edirik, Türkiyə də böyük risqə getdi, ümüd edirik ki, sonu yaxşı olar” bildirdi. Bu tərəddüdlərdən belə nəticəyə gəlmək olur ki, diasporanın bir qismi protokolları mənimsəyə bilmir və Dağlıq Qarabağın, “erməni soyqırımı”nın gələcək taleyi ilə bağlı narahatdırlar, digər bir qisimi isə bunun Ermənistana fayda verəcəyinə inanırlar”,-deyən Q.Beqciyan “ASALA”nın təhdidlərinin yersiz olduğunu və artıq “ASALA” deyə bir təşkilat qalmadığını vurğulayıb. Sia.az
Baxışlar: 1003 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024