Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 20 » Ziyafət Əsgərov: “Türk-erməni protokolunun imalanması ilə Minsk qrupunun həmsədrləri bir daha göstərdilər ki, onlar Ermənistana çox asanlıql
22:30
Ziyafət Əsgərov: “Türk-erməni protokolunun imalanması ilə Minsk qrupunun həmsədrləri bir daha göstərdilər ki, onlar Ermənistana çox asanlıql
“Minsk qrupu həmsədrləri institutu 1992-ci ildə yaradılıb. 18 ildir ki, onlar gəlib-gedirlər, amma hələ də bir nəticə də yoxdur. Lakin Sürixdə protokollar imzalanda Hillari Klinton və Sergey Lavrov və digərləri oraya yığışdılar. Mən soruşuram, hörmətli həmsədr ölkələrin nazirləri, sizə tapşırılan Dağlıq Qarabağ problemlərini həll etməkdir, yoxsa Sürixdə müqavilə imzalanmasında iştirak etmək". SİA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin sədri Ziyafət Əsgərov verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, bir dəfə də olsun onlar Qarabağ məsələsi ilə bağlı Moskvaya, İrəvana və ya Bakıya yığışmayıblar, indi türk-erməni protokolunun imzalanmasına hamısı gəlib. “Böyük dövlətlərin davranışında ilk növbədə tərbiyə olmalıdır ki, hamı onlardan nümunə götürsün. Lakin bu gün böyük dövlətlərin davranışında ikili, üçlü standartlar mövcuddur. Bu da onların marağında olan məsələdir”,- deyə millət vəkili bildirib. Onun fikrincə, Azərbaycan tərəfi Minsk qrupunun həmsədrlərinə təzyiqi artırmalıdır. “Bu qədər mənasız danışıqlar olmaz. Türkiyə ilə Ermənistan arasında protokollar imalananda Minsk qrupunun həmsədrləri bir daha göstərdilər ki, onlar Ermənistana çox asanlıqla təzyiq edə bilirlər. Dağlıq Qarabağ probleminin həll olunması da onların əlində çox asan bir işdir”,- deyə bildirən Ziyafət Əsgərov əlavə edib ki, lakin onlar bunu həll etmək istəmirlər, çünki Dağlıq Qarabağ məsələsi ilə bizi təzyiq altında saxlamaq istəyirlər. “Əgər beynəlxalq hüquqdursa, gəlin buna əməl edək. Beynəlxalq hüquq deyil, türk hüququdursa, onda deyin, hamı öz işini bilsin. Bunu artıq deməyin vaxtıdır. Onsuz da biz bilirik ki, beynəlxalq hüquq türk hüququna keçib”,- deyə o sonda qeyd edib. melumatlar sia.az saytindan elde edilmisdir
Baxışlar: 686 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024