Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qısa melumat - 20 October 2009 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 0
Qonaqlar: 0
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Oktyabr » 20 » Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qısa melumat
23:35
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qısa melumat
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyəti-nin Bakı-da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi - Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi. Qərara alındı - Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin". Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraqdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Bayraqdakı yaşıl rəng islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib. Bayraqdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!" Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır. Böyük yazıçı C. Cabbarlı şerlərinin birində yazırdı: Bu ay, yıldız boyaların qurultayı nə demək, Bizcə belə söyləmək. Bu göy boya, göy moğoldan qalma Bir türk nişanı Bir türk oğlu olmalı. Yaşıl boya islamlığın sarsılmayan İnamını ürəklərə dolmalı Şu al boya azadlığın təcəddü, fərmanı, Mədəniyyət bulmalı. Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
Baxışlar: 19033 | Əlavə etdi: GVB | Reytinq: 4.2/194
Bütün şərhlər: 541 2 3 4 5 6 »
54 Deliwka   (26.01.2014 18:47)
yaxsidi amma ..teze melumatlar yoxdu

53 44   (16.01.2014 19:23)
azerbaycan bayragi cox gozeldi

52 merve.kobal   (14.01.2014 19:05)
cavab yaz

51 merve.kobal   (14.01.2014 19:05)
revan sen 4 cu sinifte oxuyursan

50 merve.kobal   (14.01.2014 19:04)
cox pis vikipedizdan goturub

49 merve.kobal   (14.01.2014 19:01)
bunu yazanin basina das dussun.bu nedir insan bayraqi haqqinda cox şey demelidir

48 ayka   (13.01.2014 19:23)
ela.super sadece aypara ve ulduz haqqinda melmut isteyirem ki bilirse xahis edirem yazin

47 nigar   (01.12.2013 17:37)
yaxsiydi amma mene daha cox melumat lazim idi. o da burda yoxdu. neyniyim. hahahahahahha

46 Goydeniz   (19.11.2013 16:41)
alkas sen burada ne gzirsen

45 eldar   (18.11.2013 18:30)
azerbaycan bayraqi cox gozedi

1-10 11-20 21-30 31-40 41-50 51-54
Name *:
Email:
Code *:
Axtarış
Təqvim
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2014
Create a website for free