Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
Narkomaniya AİDS-QİÇC-HİV- İİV və cinayətkarlıq problemlərinin qarşısının alınması istiqamətində təbliğat işləri davam etdirilir.

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə,”Narkomaniyaya yox-Sağlam həyata HƏ”devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışların keçirilməsi”adlı layihə cərcivəsində Birliyin Yasamal rayon yerli şöbəsi və”XANCİNAR” karate idman klubu ilə birgə “ Narkomaniya AİDS-QİÇC-HİV və İİV və cinayətkarlıq problemlərinin qarşısının alınması və xəbərdaredici işlərin qurulması istiqamətində idman ictimaiyyətin rolu “mövzusunda praktik konfrans və təlim keçirib. Tədbiri Layihə üzrə təşkilat komitəsinin üzvü,”Xancinar”karate idman klubun prezidenti A.Quliyev acaraq tədbir iştirakçılarını salamlayıb,narkomaniya,AİDS-QÇS-İİV,siqaret,alkoqol və s zərərli vərdişlər barədə geniş ətraflı məlumat verib. Layihənin rəhbəri M.Əliyev qeyd edərək bildirdi ki,Yasamal rayon əylənc ... Ardını oxumaq »
Baxışlar: 730 | Əlavə etdi: Aliyev | Tarix: 20.08.2014 | Şərhlər (1)

Bu gün Gənc Vətənpərvərlər Birliyinin sədri, şərq əlbəyaxa döyüş növləri üzrə idman ustası, Karate-do üzrə 4-cü dan qara kəmər sahibi, Respublika dərəcəli hakim, meşqçi, keçirilmiş bir çox Respublika və MDB ölkələri çempionatlarında 1-ci yerin qalibi olmuş, Azərbaycan Kontakt , Ciu-citsu ve Karate-do federasiyalarının vitse-prezidenti və Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi hörmətli Müqamət Əliyevin doğum günüdür. Bu münasibətlə başda şöbə müdiri Natiq Qaçayev olmaqla Birliyin İdarə Heyyəti və bütün üzvləri adından Müqamət müəllimi təbrik edir, ona möhkəm can sağlığı və böyük uğurlar arzu edirik.
İnşallah növbəti doğum gününü öz idmançı tələbələri ilə bir yerdə Azərbaycanın 3 rəngli bayrağı alt ... Ardını oxumaq »
Baxışlar: 506 | Əlavə etdi: Natiq | Tarix: 15.08.2014 | Şərhlər (0)

Sülh istəyiriksə hərbiyə hazır olmalıyıq


Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə Narkomaniyaya yox-Sağlam həyata HƏ” devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışların keçirilməsi”adlı layihə çərçivəsində Nərimanov rayon “ŞUA” İSK-ə “Narkomaniya,QİÇS-İİV əleyhinə və gənclərin hərbi vətənpərvərlik hislərinin aşılanmasında kütləvi idmanın rolu”mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.
Konfransı GVB-n Humanitar və mədəniyyət şöbəsinin müdüri layihə üzrə təçkilat komitəsinin üzvü N.Qacayev acaraq Ulu öndər H.Əliyevin və bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla yad etdikdən sonra layihə çərçivəsində keçirilən tədbirlərdən,majiyyətindən və çox saylı gənclərin bu layihədə faydalanmasından söhbət açıb . Layihə rəhbəri M.Əliyev bildirdi ki, gənclərin hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi ümum xalq işi olmalıdır. “Sülh istəyiriksə hərbiyə hazır ... Ardını oxumaq »
Baxışlar: 629 | Əlavə etdi: Aliyev | Tarix: 14.08.2014 | Şərhlər (0)

Beynəlxalq təşkilatlar işğalçı Ermənistanın nazı ilə oynamamalı, ona qarşı sərt sanksiyalar tətbiq etməlidir

İlk baxışdan elə görünür ki, bu münaqişənin həllini istəməyən beynəlxalq təşkilat yoxdur. Çünki bütün beynəlxalq təşkilatlar açıq şəkildə bəyan ediblər ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Üstəlik də, əlavə edirlər ki, münaqişənin sülh yolundan başqa həlli yoxdur. Yəni biz işğalçı dövlətlə bir masa ətrafında əyləşərək sülh danışıqları aparmalıyıq. Milli- mənəvi dəyərlərimiz baxımından cəllad, qaniçən, uşaq öldürən, şəhər yandıran, separatçı, oğru, terrorçu, narkoman, ən başlıcası, işğalçı insanla bir masa ətrafında əyləşmək qəbuledilməz sayılsa da, biz beynəlxalq ictimaiyyətə və vasitəçi dövlətlərə hörmət əlaməti olaraq ermənilərlə sül ... Ardını oxumaq »

Baxışlar: 498 | Əlavə etdi: Aliyev | Tarix: 14.08.2014 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə "Gənclər sağlam həyat tərzi seçir ”Narkotiklərdən əl cəkək” devizi altında gənclərin iştirakı ilə regionlarda avtoturun təşkili və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihəyə start verib.

qhtxeber.az-a verilən məlumata görə, layihənin məqsədi gənclərin milli-mənəvi dəyərlərinin gücləndirilməsi, HİV-AİDS-İİV-QİÇS və narkomaniyadan, eyni zamanda pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, əyləncə mərkəzlərində, idman cəmiyyətlərində bu çərçivədə maarifləndirmənin və idman tədbirlərinin keçirilməsidir.

Tədbiri giriş sözü ilə açan layihə üzrə ... Ardını oxumaq »

Baxışlar: 436 | Əlavə etdi: Aliyev | Tarix: 12.08.2014 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi (GVB) Ermənistanın illər ərzində Azərbaycana etdiyi özbaşınalıqlar və təcavüzkar siyasəti ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir: “Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, 21 ildən artıq müddətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik rayonları işğal altında saxlayan Ermənistan Respublikası öz silahlı qüvvələri vasitəsilə son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmiş və 20 artıq Azərbaycan əsgərini şəhid ediblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına səbəb ... Ardını oxumaq »

Baxışlar: 510 | Əlavə etdi: Aliyev | Tarix: 05.08.2014 | Şərhlər (0)

Vətənpərvərlik məsələsi heç bir zaman hüquqla tənzimlənə bilməz: «Bu, insanın içindən gələn və hər kəsin doğulduğu torpağa olan sevgisinin təzahür formasıdır. Vətənpərvərlik vətənə olan sevgi olduğundan onun yeri insanın qəlbindədir. Qısası onu deyim ki, şüarçılıqla vətənpərvərlik olmaz. Vətənpərvərlik elə hisslərdir ki, onun bütün insan cəmiyyətlərində aşılanmasına ehtiyac var. Bunun üçün bütün təbliğat resurslarından geniş istifadə etmək lazımdır. Vətəni parça-tikə olan, müharibə şəraiti davam edən Azərbaycanda isə bu hisslərin təbliğinə daha böyük ehtiyac var. İnsan vətəni o qədər sevməlidir ki, onu öz anası, bacısı, şərəfi, namusu bilməlidir. O əldən gedibsə və buna dözümlü yanaşırsansa, görünən nəticə sadəcə biabırçılıqdır. Ölkədə ən böyük təbliğat resursu televiziya kanal ... Ardını oxumaq »

Baxışlar: 470 | Əlavə etdi: Aliyev | Tarix: 04.08.2014 | Şərhlər (0)

KONSTİTUSİONAL VƏTƏNPƏRVƏRLİK»

İkinci Cahan savaşında məğlub olan Almaniya iki hissəyə parçalandı və «vahid Almaniya» ideyası iflasa uğradı. Məğlub ölkədə siyasi durğunluq və psixoloji sarsıntılar mühafizəkarlar, sosialistlər və liberalları narahat edirdi. Belə bir dövrdə filosof Dolf Sternberqer «konstitusional vətənpərvərlik» anlayışını təqdim edərək, yeni siyasi müzakirələrə istiqamət göstərdi. Ştenberqerə görə, vətənpərvərlik vətəndaşların respublikaçı dünyagörüşündə təzahür etməli, toplumun birgəyaşayışı isə tarix və ümumi istəklər çərçivəsində baş verməlidir. Azad və bərabər qaydada. Sternberqer vətənpərvərliyi yalnız duyğusal və irrasional dəyər hesab etmirdi, əksinə, o bildirirdi ki, rasional səciyyə daşımayan vətənpərvərlik fayda verməyəcək. Sternberqer vurğulayırdı ki, vətənpərvərlik insanların doğulduğu məkan, tarixi yaddaşı, etnik kimliyi ilə yanaşı, sahib olduğu çağdaş dəyərlər və cari maraqlarına görə də formalaşır.
Baxışlar: 527 | Əlavə etdi: Aliyev | Tarix: 04.08.2014 | Şərhlər (0)

Dünyanın siyasi və ictimai mənzərəsi onu deməyə əsas verir ki, ölkəmizdə bağçalarda, orta və ali təhsil məktəblərində təbliğata geniş yer verilməli, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Biz ilk dərsimizi təbliğatdan başlamalıyıq. Əlaqədar təşkilatlar, dövlət qurumları bu istiqamətdə güclərini və imkanlarını səfərbər etsələr, onda millətimiz bir daha ölümlərlə, torpaqlarımızın itirilməsi bəlası ilə üzbəüz qalmaz. Bütün güc strukturlarında, xüsusən də ordumuzda təbliğat maşınımız hər zaman işlək səviyyədə olmalıdır. Fikrimizcə, gənclər arasında vətənpərvərlik hisslərinin təbliğində DİO əməkdaşlarının da xüsusi çəkisi özünü daha qabarıq şəkildə göstərməlidir. Bəlkə də bu fikrim çoxlarının dodağının qaçmasına səbəb olacaq. Ancaq mən bir gənc polis zabiti kimi çox istərdim ki, hər hansı bir rayonun polis rəisi həmin rayonda xüsusi istedadı, idmanda və təh ... Ardını oxumaq »

Baxışlar: 471 | Əlavə etdi: Aliyev | Tarix: 04.08.2014 | Şərhlər (0)

Şübhəsiz ki, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında birinci növbədə ailənin, təhsil müəssisələrinin, mətbuatın üzərinə böyük məsuliyyət düşür. Biz ailədə yenicə dil açmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza torpaqlarımızın düşmən tapdağı altında qaldığını, əzəli düşmənimizin kim olduğunu, şəhidlərimiz haqqında, onların nə üçün öldüyünü, onların niyə müqəddəs tutulduğunu, vətənin haradan başlanıb, harada qurtardığını, milli kimliyimizi, milli-mənəvə dəyərlərimizi anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları bir daha yaddan çıxarmasınlar. Necə ki, biz uzun illər dəfələrlə torpaqlarımıza olunan basqınları, xalqımıza qarşı xəyanəti unutmuşuq. Deyirlər, biz unutqan xalqıq, başımıza gələn müsibətləri, fəlakətləri tez yaddan çıxarırıq. Niyə? Buna səbəb nədir?
Gəlin bir xalq kimi qonşularımız tərəfindən dəfələrlə bizə edilən xəyanəti unutmayaq. 1 ... Ardını oxumaq »

Baxışlar: 465 | Əlavə etdi: Aliyev | Tarix: 04.08.2014 | Şərhlər (0)

« 1 2 ... 35 36 37 38 39 ... 78 79 »
Axtarış
Təqvim
«  Aprel 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024