Vətənpərvərlik məsələsi heç bir zaman hüquqla tənzimlənə bilməz - 4 August 2014 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Avqust » 4 » Vətənpərvərlik məsələsi heç bir zaman hüquqla tənzimlənə bilməz
16:20
Vətənpərvərlik məsələsi heç bir zaman hüquqla tənzimlənə bilməz

Vətənpərvərlik məsələsi heç bir zaman hüquqla tənzimlənə bilməz: «Bu, insanın içindən gələn və hər kəsin doğulduğu torpağa olan sevgisinin təzahür formasıdır. Vətənpərvərlik vətənə olan sevgi olduğundan onun yeri insanın qəlbindədir. Qısası onu deyim ki, şüarçılıqla vətənpərvərlik olmaz. Vətənpərvərlik elə hisslərdir ki, onun bütün insan cəmiyyətlərində aşılanmasına ehtiyac var. Bunun üçün bütün təbliğat resurslarından geniş istifadə etmək lazımdır. Vətəni parça-tikə olan, müharibə şəraiti davam edən Azərbaycanda isə bu hisslərin təbliğinə daha böyük ehtiyac var. İnsan vətəni o qədər sevməlidir ki, onu öz anası, bacısı, şərəfi, namusu bilməlidir. O əldən gedibsə və buna dözümlü yanaşırsansa, görünən nəticə sadəcə biabırçılıqdır. Ölkədə ən böyük təbliğat resursu televiziya kanallarıdır. Telekanallarda şou, milli-mənəvi dəyərləri aşağılayan proqramlar əvəzinə daha çox milli ruhu qaldıran verilişlər hazırlanmalıdır. Bütün ictimai rəy milli problemlər ətrafında köklənməlidir. Bu istiqamətdə nəinki telekanallar, internet resursları, qəzetlər, radiolar da ümumi səfərbərlik elan etməlidirlər. Əgər vətən dardadırsa, hətta sistemli şəkildə ümumi proqram hazırlanıb bütün resursların o istiqamətdə fəaliyyətinə təkan vermək olar

Baxışlar: 160 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Avqust 2014  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2016