Narkomaniya AİDS-QİÇC-HİV- İİV və cinayətkarlıq problemlərinin qarşısının alınması istiqamətində təbliğat işləri davam etdirilir. - 20 August 2014 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Avqust » 20 » Narkomaniya AİDS-QİÇC-HİV- İİV və cinayətkarlıq problemlərinin qarşısının alınması istiqamətində təbliğat işləri davam etdirilir.
10:11
Narkomaniya AİDS-QİÇC-HİV- İİV və cinayətkarlıq problemlərinin qarşısının alınması istiqamətində təbliğat işləri davam etdirilir.
Narkomaniya AİDS-QİÇC-HİV- İİV və cinayətkarlıq problemlərinin qarşısının alınması istiqamətində təbliğat işləri davam etdirilir.

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə,”Narkomaniyaya yox-Sağlam həyata HƏ”devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışların keçirilməsi”adlı layihə cərcivəsində Birliyin Yasamal rayon yerli şöbəsi və”XANCİNAR” karate idman klubu ilə birgə “ Narkomaniya AİDS-QİÇC-HİV və İİV və cinayətkarlıq problemlərinin qarşısının alınması və xəbərdaredici işlərin qurulması istiqamətində idman ictimaiyyətin rolu “mövzusunda praktik konfrans və təlim keçirib. Tədbiri Layihə üzrə təşkilat komitəsinin üzvü,”Xancinar”karate idman klubun prezidenti A.Quliyev acaraq tədbir iştirakçılarını salamlayıb,narkomaniya,AİDS-QÇS-İİV,siqaret,alkoqol və s zərərli vərdişlər barədə geniş ətraflı məlumat verib. Layihənin rəhbəri M.Əliyev qeyd edərək bildirdi ki,Yasamal rayon əyləncə mərkəzlərində çalışan işçiləri və əylənən gəncləri narkomaniya problemi və xəstəliyi haqqında məlumatlılıq səviyyəsini öyrənmək məqsədi ilə xususi sual blokunda bir necə suallar verilmişdir.Sullar vastəsi ilə narkotiklərdən istifadənin insan orqanizminə hansı fiziki təsir və fəsadlar törətdiyi haqqında gənclərin məlumatlığı öyrənilmiş ilk sual “Narkotiklərin və psixotop maddələrin qəbulu ilə bağlı hansı əsas fəsadlar Sizə Məlumdur ? sullına cavab olaraq bildirilmişdir ki, norkamaniyanın törətdiyi əsas fəsadları ilə yanaşı ,dolayısı yolla və ümumiyyətlə narkotiklərə zəif əlaqəsi olan fəsadlar sadalanmış,ümumlikdə responetlərə geniş cavab variantları seçimi imkanları verilmişdir.Ümumlikdə əyləncə mərkəzlərin işciləri və gənclərin əksəriyyəti narkomaniyanın törətdiyi əsas fəsadlar haqqında bəzi düzgün bilməməsidir .Məsələn narkomaniyanın təhlükəli Hepatitlər qrupuna aid infrksion xəstəliklərin yayılmasına şərait yaratdığını,damarların absesinə səbəb olduğunu,immuniteti zəiflətdiyini və bunların fonunda digər xəstəliklərə yol acdığını gənclərin əksəriyyəti bilmir və ya yaxşı dərk etmir
Yasamal rayon 27-ci polis bölməsinin baş əməliyyat müvəkkili d\x k-n R.Əkbərov qeyd edərək bildirdi ki, aparılan cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək.inkişaf etdirmək,bütün mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizdir deyən əməliyyatçı onu da qeyd edərək bildirdi ki,Gənclər Fonduna bu layihəyə dəstək olduğuna görə eyni zamanda polis orqanları ilə birgə bu sahədə təbliğat təşviqat işlərini apardığına görə Gənc Vətənpərvərlər Birliyinə öz təşəkkürümüzü bildiririk. Tədbirdə iştirak edən Əyləncə və çay evlərin sahibləri,təhsil,idman,səhiyyə,ictimaiyyət nümayəndələri və gənclər mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.Tədbirin sonunda iştirakçılara marifləndirici bukletlər və zərərli vərdişlərin mövzusu əks olunmuş köynəklər və H.Əliyevin əks olunmuş döş nişanı paylanılıb.Son olaraq birliyin nümayəndələri,könüllülər,əyləncə mərkəzlərində,çay evlərində,şəhər parklarında gənclər və ictimaiyyət nümayəndələri ilə marifləndirici söhbətlər edib və bukletər paylayıblar. . GVB-nin KİV-i ilə iş şöbəsi
Baxışlar: 315 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 1
1  
Billy Squier - Really don't Say No - Timeless Hard Rock Review

Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Avqust 2014  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2016