Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Avqust » 4 » Biz QHT-lərin üzərinə böyük məsuliyyət düşür
16:12
Biz QHT-lərin üzərinə böyük məsuliyyət düşür

Şübhəsiz ki, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında birinci növbədə ailənin, təhsil müəssisələrinin, mətbuatın üzərinə böyük məsuliyyət düşür. Biz ailədə yenicə dil açmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza torpaqlarımızın düşmən tapdağı altında qaldığını, əzəli düşmənimizin kim olduğunu, şəhidlərimiz haqqında, onların nə üçün öldüyünü, onların niyə müqəddəs tutulduğunu, vətənin haradan başlanıb, harada qurtardığını, milli kimliyimizi, milli-mənəvə dəyərlərimizi anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları bir daha yaddan çıxarmasınlar. Necə ki, biz uzun illər dəfələrlə torpaqlarımıza olunan basqınları, xalqımıza qarşı xəyanəti unutmuşuq. Deyirlər, biz unutqan xalqıq, başımıza gələn müsibətləri, fəlakətləri tez yaddan çıxarırıq. Niyə? Buna səbəb nədir?
Gəlin bir xalq kimi qonşularımız tərəfindən dəfələrlə bizə edilən xəyanəti unutmayaq. 1988-ci ildə ölkəmizə qarşı torpaq iddiası ilə çıxış edən ermənilər öz məkrli və çirkin əməllərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxdılar. Amma uca Tanrı haqqı nahaqqa vermir. Mənfur düşmənin dənizdən-dənizə monoetnik "Böyük Ermənistan” yaratmaq ideyası sonunda məğlubiyyətə uğradı. Düzdür, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır, amma Azərbaycan xalqı Ali Baş Komandanımızın uzaqgörən siyasəti və möhtəşəm qüdrəti sayəsində öz müqəddəs torpaqlarına qovuşacaq, məcburi köçkün və qaçqınlarımız öz evlərinə qayıdacaqlar. Bizim hər birimiz Azərbaycan xalqına qarşı edilən zorakılığı, bəslənən düşmənçiliyi, nifrəti, kini, qəzəbi unutmamalıyıq və bunları övladlarımıza, gələcək nəslə də anlatmalıyıq. Gəlin uşaqlarımızı əsgərliyə getməklə qorxutmaq əvəzinə, onları doğma Vətənin müdafiəsinə xidmət etmək üçün həvəsləndirək. Onlara başa salaq ki, sən, mən, o - bir sözlə, hər bir azərbaycanlı bu üstündə doğulub boya-başa çatdığımız torpağı qorumasaq, bəs kim qoruyacaq? Maraqlıdır, niyə qonşu Türkiyədə hər bir gənc əsgəri xidmətə getməyi ilə fəxr edir və şəhid verəndə: "Vətən sağ olsun”, - deyir, amma bizim gənclərin bir hissəsi kişilik, mərdlik məktəbi olan hərbi xidmətdən yayınır. İmkanlı, imkansız ailələr tanıyıram ki, müxtəlif yollarla övladlarını əsgəri xidmətdən saxlayırlar. Düşünürəm ki, torpaqlarımızın işğal altında olduğu bir dövrdə bu cür hərəkət etmək vətənə, Azərbaycan xalqına, şəhidlərimizə, milli qəhrəmanlarımıza qarşı xəyanətdir.
Bir vaxtlar ANS telekanalında vətənpərvərliklə bağlı uşaq verilişi yayımlanırdı. Verilişin adını dəqiq xatırlaya bilmirəm, amma burada aparıcı uşaqlara "Evinizdə Azərbaycan bayrağı varmı?”, "Sən əlamədar günlərdə evin eyvanına çıxıb bayrağımızı yelləyirsənmi” və s. sullarla müraciət edirdi. Oğlum həmin veriliş gedə-gedə məndən soruşdu ki, bizim evdə bayraq varmı? O, məndən Azərbaycanın dövlət müstəqilliyini əks etdirən müqəddəs bayrağımızı evin görünən və yuxarı hissəsindən asmağı xahiş etdi. Bax budur təbliğat, budur vətənpərvərlik tərbiyəsi. Şərt o deyil ki, kütləvi informasiya vasitələri və radio, televiziya bütün günü vətənpərvərlikdən danışsın. Əsas odur ki, bu təbliğat sistemli, düşünülmüş şəkildə aparılsın

Baxışlar: 464 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Avqust 2014  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024