Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Aprel » 9 » Şuranın layihəsinə idmançılar da dəstək verdi
12:35
Şuranın layihəsinə idmançılar da dəstək verdi
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mailiyyə dəstəyi ilə “"Narkotiklərdən əl çəkək!” devizi altında gəncləri iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində DİN-nin İdman Cəmiyyətində “Antinarkomaniya və narkotiklərə qarşı idmançıların rolu” mövzusunda tədbir keçirilib.qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə DİN-nin İdman Cəmiyyətinin şöbə rəisi İ.Siracov bildirib ki, gənclərin müxtəlif zərərli vərdişlərə meylliliyi idman cəmiyyətlərini düşündürməyə bilməz: “Bu baxımdan bizim üzərimizə böyük məsuliyyət düşür. Bununla bağlı maarifləndirmə işləri genişləndirilməli, KİV və televiziyalarla təbliğat kampaniyası aparılmalıdır.Layihənin kordinatoru Nigar Abiyeva layihə barədə məlumat verib, regionlarda narkomaniya qarşı geniş maarifləndirmə işlərinin aparılmasından söhbət açıb. Ekspert- psixoloq Ə.Abbasquliyev, həkim sosioloq Sevinc Bağırzadə mövzu ilə bağlı ətraflı danışaraq narkotiklərə düçar olan gənclərdən söhbət açıb: “Narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir. İnsan narkotik maddədən asılı olur və zəif əxlaqsız qula bənzəyir. İnsan hər şeyi - sağlamlığını, qüvvəsini və özünə hörməti itirir. Gəlin gələcəyimizi qoruyaq, “Narkotiklərə yox deyək”, hamılıqla bu aksiyaya dəstək olaq”.Layihənin rəhbəri M.Əliyev bütün ictimayyəti bu sahədə maarifləndirmə işlərində fəal olmağa, narkotik vasitələri gənclər arasında yayanları Daxili Işlər Orqanlarında məsuliyyətə cəlb olunmasına yardımcı olmağa cağırıb. İdman Cəmiyyətinin təlimatcı məşqiciləri M.Seyidov, İ.Mustafayev, R.Məmmədov, T.Seyidov, Ə.Əşrəfov , N.Əzimov və başqaları bu layihənin mahiyyətinin vacibliyindən ətraflı söhbət açaraq bu yönlü tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edək ki, tədbirin sonunda tədbir iştirakçılarına layihədə nəzərdə tutulmuş bukletlər paylanıb.
Baxışlar: 1220 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024