Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Aprel » 28 » Şuranın dəstəyi ilə keçirilən tədbirdə: O, özünə hörməti itirir
12:17
Şuranın dəstəyi ilə keçirilən tədbirdə: O, özünə hörməti itirir
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkotiklərdən əl çəkək!” devizi altında gənclərin iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində Bakı şəhəri 10 saylı orta məktəbdə “Uşaq cinayətkarlığına və narkomaniyaya qarşı mübarizə” mövzusunda elmi-praktik konfrans keçirib.
qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin məsləhətçisi E.Bağırlı, Ə.Baxışov, könüllülər, GVB-nin idarə heyətinin üzvü M.Seyidov, təşkilat komitəsinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə məktəbin direktoru Leyla Məmmədova bildirib ki, bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən narkomaniya qlobal ümumbəşəri bir poblemə çevirilib: “Milli-mənəvi dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və problemlə dövlət səviyyəsində mübarizə aparılır. Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə məktəbimizdə maarifləndirmə işləri aparılır, ancaq bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün lazımi proqram və layihələrin televiziyalarda da olmasını vacib hesab edirik”. Layihə rəhbərinin köməkçisi Nigar Abiyeva layihənin mahiyyətindən, ondan faydalananlardan, eyni zamanda layihə çərcivəsində keçirilən müxtəlifyönlü tədbirlərin keçirilməsindən söhbət açıb. Həkim psixoloq Sevinc Bağırova bildirib ki, narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir: “İnsan narkotik maddədən asılı olur və qula bənzəyir. İnsan hər şeyi – sağlamlığını, qüvvəsini, özünə hörməti itirir. Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir, onların uşaqları fiziki və psixi çatışmamazlıqlarla dünyaya gəlir”.
Layihə üzrə təşkilat komitəsinin üzvü Azad Quliyev narkomaniyadan, pis vərdişlərdən, azyaşlı uşaqların siqaretə və spirtli içkilərə meyllərinin artmasından danışıb. O qeyd edib ki, narkotikə düçar olanlar həmişə çalışırlar ətraflarına imkanlı uşaqlar cəlb etsinlər. Bu sahədə hamı fəal olmalı, birlikdə narkomaniyaya, pis vərdişlərə, siqaret, spirtli içkilərə qarşı olmalıyıq.
Tədbirdə məktəbin müəllimləri Pərvin Süleymanova, Nailə Səmədova, Elxan Şükürov, Teyyub Məmmədxanov, birliyin fəxri üzvü Namik Eyvazov, Gülsura Quliyeva və başqaları çıxış edərək narkomaniyanın fəsadlarından ətraflı danışaraq diskusiyalar aparıblar. Qeyd olunub ki, növbəti tədbirdə məktəbli şagirdlər tərəfindən narkomaniya ilə bağlı rəsmlər çəkilsin. Ən maraqlı rəsmə görə diplom və mükafat verilməsi tövsiyə olunub.
Tədbirin sonunda məktəbin direktoru Leyla Məmmədova yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirməsində, milli dəyərlərimizi, sağlam həyat, sağlam ailə, mədəni irslərimizin təbliğində və fəal təşkilatçılığına görə GVB tərəfindən fəxri diplomla təltif olunub.
Əlavə etmək: Şəkil 1
Baxışlar: 572 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024