Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Aprel » 5 » Şuranın dəstəyi ilə “Gələcəyimizi qoruyaq” mövzusunda konfrans keçirilib
11:35
Şuranın dəstəyi ilə “Gələcəyimizi qoruyaq” mövzusunda konfrans keçirilib
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə ““Narkotiklərdən əl çəkək!” devizi altında gəncləri iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində GVB-nin Gəncə şəhər yerli şöbəsi Göygöl rayon 1 saylı tam orta məktəbdə “Gələcəyimizi qoruyaq” mövzusunda konfrans keçirib. qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə Göygöl rayon 1 saylı tam orta məktəbin direktoru Rəşad Zülfüqarov öncə belə bir layihəyə Göygöl rayon ümumtəhsil məktəblərinin də cəlb olunmasına görə, Gənc Vətənpərvərlər Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib, norkamaniya ilə bağlı keçirilən tədbirlərin vacibliyinin qeyd edib. O, gənclərin sağlam həyatını qorumaq məqsədilə onları narkomaniyadan, narkotiklərdən, spirtli içkilərdən, siqaretdən və pis vərdişlərdən yayındırmaq üçün mütəmadi təbliğat və təşviqat işləri aparılmasını vurğulayıb.
GVB-nin Gəncə şəhər yerli təşkilatın sədri, layihə üzrə təşkilat komitəsinin üzvü Elçin Axundov layihənin mahiyyətindən və keçirilən tədbirlər haqqında məlumat verib. O, şagirdləri pis vərdişlərdən, narkomaniya, spirtli içkilər, siqaretdən çəkinməyi, narkotikə düçar olanları bu meyildən uzaqlaşmasında fəal olmağı tövsiyyə edib. Çıxışını “Gəlin gələcəyimizi qoruyaq, Narkotiklərə yox deyək” şuarı ilə başa catdırıb.

Tədris işlər üzrə məktəbin direktor müavini, əməkdar müəllim Məryəm Rəhimova, məktəbin psixoloqu Arifə Əskərova, hərbi rəhbər, Qarabağ müharibəsi veteranı Nazim Cahangirov və başqaları qeyd ediblər ki, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirilməsi baxımından bu yönlü konfransların, görüşlərin, idman yarışlarının, mədəniyyət dərnəklərinin keçirilməsi vacibdir.
Qeyd edək ki, tədbirin sonunda tədbir iştirakçılarına layihədə nəzərdə tutulmuş bukletlər paylanıb.
Baxışlar: 557 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024