Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Aprel » 13 » Şuranın dəstək verdiyi QHT-yə karateçilərdən dəstək gəldi
13:28
Şuranın dəstək verdiyi QHT-yə karateçilərdən dəstək gəldi
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə ““Narkotiklərdən əl çəkək!” devizi altında gəncləri iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində Xırdalan şəhərində Milli Karate Federasiyasının “Sakura” Karate-Do Idman Klubunun idman mərkəzində “Antinarkomaniya və narkotiklərə qarşı idmançıların rolu” mövzusunda tədbir keçirilib.
qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə “Sakura” Karate-Do Klubunun prezidenti Zabit Babayev bildirib ki, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması günümüzün ən vacib və aktual məsələlərindəndir: “Bu layihənin keçirilməsini biz karateçilər dəstəkləyirik. Çalışırıq ki, gənclərimiz milli dəyərlərimizi qorumaqla yanaşı, sağlam həyat tərzi ilə keçirsinlər, narkotikdən uzaq olub, asudə vaxtlarında idmanla məşğul olsunlar”. GVB-nin təşkilatı məsələləri üzrə sədr müavini A.Əsədov layihənin uğurla keçməsindən danışıb: “Son illər ərzində yeniyetmə və gənclər arasında siqaretə, spirtli içkilərə, toksiki və narkotik maddələrə alüdəçilik meylləri artıb. Eyni zamanda gənclər tərəfindən törədilən hüquq pozuntuları halları da artıb. Buna şərait yaradan müxtəlif sosial-iqtisadi və psixoloji səbəblər mövcuddur. Gənclərin belə vərdişlərdən uzaqlaşdırılması üçün idmançıların da üzərinə böyük məsuliyyət düşür”.
Ekspert psixoloq Ə.Abbasquliyev bildirib ki, narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir.
Tədbirdə Xırdalan şəhər ictimayət nümayəndəsi Məhəmməd Quliyev, Emil Gülaxmedov, klubun baş məşqçisi Zaman Piriyev, məşqçi Həyat Əkbərov, klubun idarə heyətin üzvü Novruz Əliyev, Milli Karate Federasiyasının təmsilçisi C.Seyidov, Vaqif Eynullayev və başqaları bu layihənin mahiyyətinin vacibliyindən söhbət açaraq bu yönlü tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, tədbirin sonunda tədbir iştirakçılarına layihədə nəzərdə tutulmuş bukletlər paylanıb.
Əlavə etmək: Şəkil 1 · Şəkil 2 · Şəkil 3
Baxışlar: 545 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024