Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş Heydər Əliyev şəxsiyyətinin rolu mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. GVB-nin mətbuat və informasiya şöbəsindən AZADİNFORM-a verilən məlumata görə tədbirdə GVB İdarə heyəti üzvləri, üzv olan təşkilat nümayəndələri və mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoyublar, onun əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən GVB sədri Muğan Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaratdığı zəngin dövlətçilik irsi, Vətən və xalq qarşısında misilsiz səy və xidmətlərindən geniş söhbət açıb. O, qeyd edərək bildirib ki, Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqın səadəti, xoşbəxtliyi üçün döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Heydər Əliyevin mənalı ömür yolunun bugünkü və gələcək nəsillərə nümunə olduğunu vurğulamış və Heydər Əliyevin milli inkişaf strategiyasının icrası sahəsində uğurla siyasətini davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların aparılmasından danışıb. Daha sonra tədbirdə GVB in AMEA səlahiyyətli nümayəndəsi S.Zülfüqarova, GVB fəxri üzvü Z.Kazımov, DİN-nin İC nümayəndəsi E.Xudaverdiyev, GİN-nin məsul işçisi M.Nəsibov və fəal gənclər çıxış edib. Sonda ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti haqda film nümayiş olunub. Tədbirin sonunda tədbir iştirakçılarına Ulu öndər Heydər Əliyevin şəkli əks olunmuş döş nişanı paylanıb. azadinform.az
|