Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Aprel » 23 » GVB Şuranın dəstəyi ilə sorğu keçirib
12:51
GVB Şuranın dəstəyi ilə sorğu keçirib
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Narkotiklərdən əl çəkək!” devizi altında gənclərin iştirakı ilə regionlarda avto-turun təşkil olunması və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində Gənclər və İdman Nazirliyinin İdman kompleksində “Narkomaniya, AİDS, QİCS və cinayətkarlığın qarşısının alınması, xəbərdaredici işlərin qurulmasında müvafiq dövlət orqanları və QHT-lərin rolu” mövzusunda tədbir keçirib.
qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə GVB-nin sədri Muğan Əliyev həyata keçirilən layihə, onun faydası barədə məlumat verib. Bildirib ki, layihədə könüllülər tərəfindən Bakı şəhərinin bir çox yerlərində respondentlərin narkomaniya problemi və xəstəliyi haqqında məlumatlılıq səviyyəsini öyrənmək məqsədi ilə sorğu keçirilib. Sorğunun nəticələrinə görə, ümumilikdə gənclərin 50 faizi narkotiklərin fiziki asılıq yaratdığı, narkomaniyanın törətdiyi əsas fəsadlar barədə düzgün məlumata malik olduğu, 46,9 faizi AİDS xəstəliyinə şərait yaratdığını , 34,4 faizi müxtəlif psixi pozuntular və psixi asılılıq yaratdığını bildiriblər. Cavablarda birbaşa təsirlə əlaqəli və narkotiklərin istifadəsi, narkotiklərlə bağlı davranış və həyat tərzi nəticəsində üzə çıxan fəsadlar əks olunub. Xususi ilə də düzgün cavablar 18-24 yaşlı gənclər nümayiş etdirib ki, bu da müsbət hal kimi qəbul edilə bilər.
GVB sədri vurğulayıb ki, lakin nümayiş etdirilmiş məlumatlılıq səviyyəsi profilaktik tədbirlərin efektivliyini təmin edəcək səviyyədə deyil: “Çünki narkotiklərlə bağlı bir çox məsələlər və fəsadlar haqqında məlumatlılıq dərəcəsi çox aşağı səviyyədədir. Məsələn, narkomaniyanın təhlükəli Hepatitlər qrupuna aid infeksion xəstəliklərin yayılmasına şərait yaratdığını, damarların absesinə səbəb olduğunu, immuniteti zəiflətdiyini və bunların fonunda digər xəstəliklərə yol açdığını gənclərin əksəriyyəti bilmir və ya yaxşı dərk etmir. Bu səbəbdən də gələcəyimizi qorumaq, gənclərimizi pis vərdişlərdən qorumaq məqsədi ilə orta ixtisas və ali məktəblərdə bu sahədə işlərimizi gücləndirməliyik”.
GİN-nin məsul işcisi M.Nəsibov, məhkəmə hakimi A.Əsədov, müəllimə S.Qasımova, polis təqaüdçüsü S.Əliyev, İ.Əliyev, təşkilat komitəsin üzvləri, təlimatçı məşqçilər və başqaları bildirdiləri ki, bu gün ən vacib məsələlərdən biri yeniyetmə və gənclərimizin sağlam həyatını, gələcəyini narkotiklərdən, pis vərdişlərdən qorumalı, onların asudə vaxtlarını səmərəli keçirməsi baxımından müxtəlif dərnəklərə, ictimai işlərə, idman bölmələrinə cəlb edilməli, həm marifləndirmə, həmdə təbliğat və təşviqat işləri gücləndirilməli, hətta televiziya kanallarında da bu məsələyə böyük yer ayrılmalıdır.
Tədbirin sonunda layihə cərcivəsində apardığı marifləndirmə işlərinə görə Əşrəfov, İ.Əlizadə, S.Əliyev, M.Nəsibov fəxri diplom, təsvirli mayka, idman kostyumu təqdim olunub.

Qeyd edək ki, tədbirdə GİN-nin məsul işcisi M.Nəsibov,həkim psixoloq Ə.Abbasquliyev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin məsləhətçisi E.Bağırlı, KİV üzrə sədrin müşaviri JaləTofiqqızı, ictimai əlaqələr üzrə sədrin müşaviri N.Niftiyev, GVB İdarə heyətinin üzvü A.Sarıyev, təqaüddə olan polis mayoru S.Əliyev, təqaüddə olan kömrük polkovniki, müstəqil beynəlxalq vəkillər kollegiyasının hakimi A.Əsədov, layihə üzrə köməkçi N.Abıyeva, birliyin mühasib köməkçisi G.Quliyeva, idman federasiyalarının təlimatçı məşqçiləri, orta ümumtəhsil məktəbinin müəllimləri və idmançılar iştirak edirdilər.
Baxışlar: 577 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024